CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deyəsən, o qız Allaha hər şeyi danışıb...

© AFP 2023 / DELIL SOULEIMANДевочка в маске, фото из архива
Девочка в маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşəriyyətlə birgə növbəti sınaq qarşısındayıq - epidemiya insanlığı test edir. Ümumbəşəri missiyanın icrasında iştirak heç vaxt bu qədər asan olmayıb!

BAKI, 6 aprel — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini yazır

Təlatüm davam edir

Dünyanın, demək olar ki, bütün hadisələri koronavirusa bulaşıb. Gündəlik olaraq həyəcanla hadisələrin necə inkişaf edəcəyini, ekspertlərin proqnozlarını, təhlillərini izləyir, paralel olaraq "panikavirus"dan əziyyət çəkirik.

Planetdə yoluxanların sayı bir milyonu keçib. Son bir həftədə bu rəqəm düz iki dəfə artıb. COVID-19-dan ölənlərin sayı 60 minə yaxınlaşır. Son günlərdə ən çox ölüm halı ABŞ-da qeydə alınıb.

Colorized scanning electron micrograph of an apoptotic cell (blue) infected with SARS-COV-2 virus particles (red), also known as novel coronavirus, isolated from a patient sample. Image captured at the NIAID Integrated Research Facility (IRF) in Fort Detrick, Maryland - Sputnik Azərbaycan
FOTO
Bu da dünyanı lərzəyə salan koronavirusun mikroskop altında görüntüləri

Cons Hopkins Universitetinin məlumatına görə, virusa yoluxanların rəsmi sayı bir milyondan çox olsa da, amma həqiqi sayın bundan daha çox olduğu düşünülür. Yoluxma sayının dörddə biri ABŞ-da, yarısı isə Avropada qeydə alınıb.

Virus yayılmağa başlayarkən - onu gah ABŞ-ın, gah Çinin "istehsalı" kimi şərh edənlər indi sadəcə, susurlar. Çünki bu ölkələr nəinki acınacaqlı durumdadır, getdikcə daha çox episentrə çevrilirlər. İndi yalnız bir versiya ağlabatan görünür: Suriyada müharibənin qurbanı olan və ölməzdən bir az öncə "Mən hər şeyi Allaha danışacam" deyən uşaq, görünür, doğrudan da hər şeyi danışıb... və artıq proses Yerdəki beyin mərkəzləri və laboratoriyalardan idarə olunmur.

Həmrəylik immuniteti artırır

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bunun üçün dövlət büdcəsindən 80 milyon manat vəsait ayrıldı. Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulub.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə isə yaşayış minimumu həcmində - 190 manat - birdəfəlik ödəmə veriləcək. Bu, iki ay nəzərdə tutulub.

Xatırladaq ki, ötən ay Prezidentin sərəncamı ilə yaradılmış Koronavirusa qarşı Mübarizə Fonduna Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva öz birillik əməkhaqlarını köçürdükdən sonra bu, ölkədə bir hərəkata çevrildi və yüzlərlə şirkət və fiziki şəxs tərəfindən fonda ianələr köçürülməyə başlanıldı. Bu iki hadisə arasındakı rabitə nədən ibarətdir?

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Yardım almaq istəyən işsizlərə müraciət: mərkəzə gəlməyin

Belə çətin anlar hər bir xalqın milli birliyini, dəyərlərini ölçmək üçün tarixi an kimi qiymətləndirilə bilər. Biz indi həmin tarixi anları yaşayırıq. Ən çətin sınaqlardan çıxmış insan nəsli, şübhəsiz, bu çətinliyi də geridə qoyacaq, amma itkilərin minimum olması indi hər birimizdən asılıdır. İndi hər birimiz hər kəs üçün məsuliyyət daşıyırıq. Hansısa dahinin sözləridir: "Şərin qalib gəlməsi üçün yeganə şərt xeyirxah insanların laqeydliyidir". Xeyirxah olmaq üçün yaxşı fürsətdir. 

Aprel zəfəri

Ötən həftə Azərbaycan ordusunun Aprel zəfərinin dördüncü ildönümü tamam oldu. Dördgünlük müharibə bizim üçün 3 səbəbdən tarixi hadisə kimi şərh oluna bilər: birincisi, Azərbaycan ordusu strateji yüksəkliyi ələ keçirməklə böyük bir əraziyə nəzarəti bərpa etdi. İkincisi, erməni ictimaiyyəti öz ordusu barədə sabun köpüyü kimi şişirdilmiş illüziyanın dağıldığını hiss etdi. Üçüncüsü, bu zəfər Azərbaycan xalqının həmrəyliyinin ifadəsinə və rəmzinə çevrildi.

İndi bu aprel günlərində biz bu dəfə bütün bəşəriyyətlə birgə növbəti sınaq qarşısındayıq - epidemiya insanlığı test edir. Bu dəfə bizdən döyüşmək tələb olunmur, sadəcə, qaydalara əməl etməli, evdə qalmalı və özümüzü, ətrafımızı və bütün hər kəsi xilas etməliyik. Ümumbəşəri missiyanın icrasında iştirak heç vaxt bu qədər asan olmayıb! 

Neft də belə!

Dünya bazarında neftin qiymətindəki dalğalanma ötən həftə də davam etdi. Ümumilikdə 30 dollardan aşağı qiymətə satılan neft bu karbohidrogen ehtiyatı hesabına büdcəsini dolduran ölkələri mütəəssir etməkdə davam edir.

Работник нефтеперерабатывающего завода Aramco в Саудовской Аравии  - Sputnik Azərbaycan
TƏHLİL
"Çox çətin keçəcək". Ekspert yeni OPEC+ sövdələşməsi haqqında danışdı

Bəli, tükənən resurslar davamlı inkişaf üçün etibarlı mənbə deyil, qeyri-neft məhsullarının istehsalı və ixracının prioritet elan edilməsi də bundan irəli gəlir. Turizm sahəsində son bir neçə ildə olduqca yaxşı nəticələr əldə etmişik. Təəssüf ki, pandemiya hazırda bu sektoru da seytnot vəziyyətinə salıb. 

Tacirliyimiz

Ötən həftə Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha bir neçə nəfər həyatını itirdi. Bu günə qədər zəhərlənən 12 nəfərdən səkkizi dünyasını dəyişib.

Belə görünür ki, spirt koronavirusdan daha təhlükəlidir.

Epidemiyanı biznesə çevirməyi bacaran bəzilərimiz isə bazara saxta maskalar buraxmağa da fürsət taparaq bundan da pul qazanmağa başlamışıq.

...və onlayn narkotacirlik

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar. Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sifariş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.

Necədir? Sərtləşdirilmiş karantin rejimində narkotik ticarətçilərindən daha innovativ tapıntılar görə bilərik. Mürəkkəb situasiyalarda beynin daha yaxşı işlədiyini elm çoxdan təsdiq edib...

Aşağıdakı nümunə də bunu bir daha təsdiq edir.

Bir axşam taksidən... düşüb

Вид на город Тбилиси - Sputnik Azərbaycan
Tbilisidə taksi sürücülərindən misilsiz aksiya

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib.

Qurumun açıqlamasında o da bildirilir ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir.

Bu qədər enerjini bir mərkəzdən idarə edərək bir mərkəzə - məsələn, koronavirusun vaksininin tapılmasına yönləndirmək mümkün olsaydı, yəqin ki, bu bəlanın dərmanı ölkəmizdə tapılacaqdı...

#Evdəqal-ın, sağlam qalın!

Xəbər lenti
0