CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya, köhnə qlobalizm, neft və metrodakı maska alverçisi

© AP Photo / Jae C. HongTibbi maska taxmış şəxslər, arxiv şəkli
Tibbi maska taxmış şəxslər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi əlaqələr iflic olur, ixracın zəifləməsi ilə istehsal həcmi azalır... və yenə də neftin qiyməti düşməyə davam edir.

BAKI, 9 mart — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.

Dərs

Ситуация в связи с эпидемиологической обстановкой в школах - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı

Həftənin sosial mediada ən çox müzakirə olunan hadisələrindən biri Tovuzda “ASAN Həyat” kompleksinin açılışı zamanı prezident İlham Əliyevin gənclərlə görüşü zamanı baş verdi. Dövlət başçısı “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəz etdirib: “Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.

Ötən həftə İsmayıllı və Neftçala rayonlarına yeni icra başçıları təyin edildi. Həftənin ən çox müzakirə olunan mövzularından daha biri dövlət başçısının yeni icra başçılarını qəbulu zamanı yaşandı. Belə ki, prezident İlham Əliyev Neftçalaya icra başçısı təyin olunan 30 yaşlı Mirhəsən Seyidovdan özündən yaşca böyük olan Nahid Bağırova yer verməsini istədi. Qeyd edək ki, N.Bağırov Prezidentin Sərəncamı ilə İsmayıllıya icra başçısı təyin olunub. Onun 40 yaşı var.

Daha bir hadisə Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında yaşanıb. Dövlət başçısı muzeylə tanış olarkən nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirib: “Bu neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib... Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz, Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Virus qlobalizmə qarşı və neft

Koronavirusun daha geniş coğrafiyaya yayılması yeni problemlərə yol açır. Dünyanın neftin qiymətinin kəskin düşməsi ilə qarşılaşdığı iqtisadi böhran təkrarlanır. Neftin qiyməti ötən gün 31 faiz dəyər itirərək, 1991-ci ilin əks-rekordunu təkrarlayıb. İqtisadi əlaqələr iflic olur, ixracın zəifləməsi ilə istehsal həcmi azalır... və yenə də neftin qiyməti düşməyə davam edir. 

Epidemiya həm də qlobalizmi zəiflədir, dövlətlər sərhədlərini bağlayır, hər kəs öz yuvasına çəkilir. 

Нефтяной насос в пустыне в Бахрейне, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Bazarda qan töküləcək" - Neft şoku dünya mətbuatında
Doğrudur, bu imperialist maraqları olan siyasi güclərin strateji hədəfləri ilə uyğun gəlmir, ancaq hər halda, bu günün faktı odur ki, hər kəs öz ilə məşğuldur, qloballaşma meylləri ciddi şəkildə sarsılıb.

Məlum oldu, kim uduzdu, kim uddu...

Ötən həftə Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq etdi. “Qərar elan olunduğu gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan tərəfindən dəyişdirilə bilməz”, - deyə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Beləliklə, daha bir seçki tarix oldu. Gəlin, etiraf edək ki, təbliğat-təşviqat mərhələsi, eləcə də seçki prosesi həyatımıza xeyli rəng qatmışdı. İndi biz də, nənələr də xeyli darıxacağıq...

Zarafat deyil, pandemiyadır...

Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı və bununla bağlı bütün tədbirlər təxirə salındı. Qeyd edək ki, bundan öncə 3-10 mart tarixləri üçün analoji qərar qəbul edilmişdi.

Eyni zamanda, Mədəniyyət Nazirliyi 27 mart tarixinədək konsert və teatrların fəaliyyətini dayandırdı.

Biz doğrudanmı, epidemik alovlanma və sadə bir epidemiya yox, pandemiya təhlükəsi ilə üz-üzəyik?! Zarafat deyil, qısa müddətdə virus dünyada 110 mindən artıq insanı yoluxdurub, 4 minə yaxın insanın həyatına son qoyub...

Ситуация в связи с эпидемиологической обстановкой в Корее - Sputnik Azərbaycan
Sonu görünmür... – Koronavirusun hələ nə qədər yayılacağı açıqlandı

Metroda maska

Nə qədər çalışsan da, bu aralar bütün mövzuların bir ucu koronavirusa bağlanır. Budur, Bakı polisi metroda qoruyucu maska satan şəxsi saxlayıb. Abşeron rayon sakini 51 yaşlı M.Kamalov metropolitendən polis şöbəsinə gətirilib, inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Belə adamı tənbeh etmək yox, “ilin marketoloqu”, “ilin satış mütəxəssisi” nominasiyalarında mükafatlandırmaq lazımdır. Trendləri, bazarın tələbatını bilir və biznesini bu istiqamətdə qurur. Ümumiyyətlə, baxsaq, bizdə ən yaxşı alınan iş ticarətdir. Görünür, genlərimiz bizə işdə kömək edir – tarixi İpək Yolunun ölkəmizin ərazisindən keçməsi, nefti tapmazdan əsrlər öncə əsasən tacirliklə məşhurlaşmağımız indi də  özünü addımbaşı nələrdəsə ifadə edir.

Bu arada, “maska mafiyası” da ələ keçib. Ölkədən 1 milyon ədəd tibbi maskanı çıxartmağa hazırlaşan İran və Çin vətəndaşları, eləcə də öz ölkəsindəki təhlükəyə rəğmən, ölkədə maska qəhətə çəkildiyi bir zamanda qazanc naminə onlara kömək edən Azərbaycan vətəndaşı saxlanılıb.

Muradınız nədir?

Özəl telekanalların reytinqinin sürətlə düşdüyü müşahidə olunur. Bir vaxtlar qınaqla qarşılanan AzTV və İctimai TV-nin təqdim etdiyi maraqlı layihələr, demokratikləşmə, modernləşmə özəl telekanalları düşündürməlidir. Rəqabət intensiv və ekstensiv xarakter daşıyır.

Ötən həftə “Xəzər” TV SOCAR-ın balansına keçdi, Xalq artisti, şoumen, keçmiş “KVN-çi” Murad Dadaşov televiziyaya rəhbər təyin edildi. Ümid edək ki, o, bu televiziyanı üçayaqlı buzov, qəribə mırıldayan pişik axtarışından xilas edəcək. Hər halda, onun prodüser Tolikin verilişinin bağlanmasından başlaması nikbinlik yaradır.

Дистанционный пульт управления от телевизора, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Mahiyyətdən doğan reallıq: Televiziya kanallarımız ağır durumdadır

Müəmmalı yanğınlar

Sosial mediada yayılan məlumata görə, Sumqayıt şəhərində evlərin birində müəmmalı yanğınlar baş verir. Bir neçə gündür ki, evin fərqli otaqlarında əşyalar öz-özünə alovlanır. Həmin mənzil sahiblərindən biri Ş.Məmmədovun sözlərinə görə, hər gün baş verən bu hal onları qorxuya salıb. Hətta vəziyyət o yerə çatıb ki, evdəki bütün əşyalar həyətə daşınıb. Məlumatlarda deyilir ki, yanğın axşam azanından sonra dayanır.

Biz dinin üzərinə çox yük qoyuruq. Anlamadığımız, səbəbini tapmadığımız bütün hadislərin “məsuliyyəti”ni, səbəbini dinin üzərinə yükləyirik. 

Yaxşı olardı ki, ailə peşəkar bir elektrik dəvət etsin və evin elektrik sistemini əməlli-başlı yoxlatdırsın. Onda bütün ilahi qüvvələr də rahatlayacaq, ailə də...

Orası da istisna deyil ki, bütün bu oyunlar bir gün həmin evdə müqəddəs varlığın peyda olması piarına hesablanmış addımdır...

Xəbər lenti
0