CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mağaraya qayıdış: "Şahzadə nəyə görə başqa qızı seçmir?"

© AFP 2023 / MANAN VATSYAYANAЖенщины позируют для фотографий, фото из архива
Женщины позируют для фотографий, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müasir şəhərlərdəki bahalı mağaralarda ibtidai düşüncəli insanlar öz babalarından daha əxlaqsız, daha qəddar və daha vəhşidirlər

BAKI, 12 fevral — Sputnik. Texnologiyanın inkişafı, internet və yüzlərlə müasir kəşf insanı dəyişməli, formalaşdırmalı idi. Məsələn, Marsa getmək üçün yol axtaran insan oğlu əlində mizraqla dağ kəli qovan əcdadından fərqlənməli idi.

Amma təəssüf ki, fərqlənmir.

Hə, görünüş, geyim, müxtəlif saç tərzləri, dəbdəbəli evlər, bahalı avtomobillər, modern yaşam deyəcəksiniz, bunlar mənim yazımın mövzusu deyil. Məni düşündürən insani münasibətlərdir.

İnsani münasibətlər sürətlə öz ibtidai halına qayıdır.

Презентация электронных учебников, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Qurğu var, kitab yoxdur – Biz niyə inkişaf etmək istəmirik

Xüsusilə ailə, sevgi və dostluq münasibətləri müasirlik, modernlik pərdəsi altında erroziyaya uğradıqca öz ibtidasına daha çox bənzəyir.

Sosioloqların fikirlərinə görə, ibtidai cəmiyyətlərin ailə quruluşu və sosial həyatı, bizə müasirlik adı altında sırınan münasibətlərə çox bənzər olub.

İbtidai cəmiyyətlər fərdlər arasındakı istənilən böyük fərqləri görə bilmirdi və müasir cəmiyyətdə də oxşar münasibətləri müşahidə etmək mümkündür.

Bir çox təcrübəli araşdırmaçılar ibtidai cəmiyyətlərin sevgi münasibətlərindən rahatlıqla uzaqlaşmalarından və sevgililərin bir-birinin yerinə keçə bilmələrindən bəhs edirlər.

Bu barədə uzun-uzadı izahata gərək yoxdur. Cəmiyyətimizi müşahidə etsək, XXI əsrdə hər şeyin nə qədər ibtidailəşdiyinin şahidi ola bilərik.

Məncə, çəkilən filmlər, yazılan romanlar, şeirlər insan ruhunu aliləşdirə bilmir.

Müasir insan oxuduqca, öyrəndikcə, elmi-texniki tərəqqinin müasir imkanlarından istifadə etdikcə ibtidailəşir.

İnsan yenidən mağaraya, vəhşi öküz ovlamaq üçün daşdan silah hazırlamağa qayıdır.

Bir haşiyə:

Антониу Гутерреш, новый генеральный секретарь ООН - Sputnik Azərbaycan
Dünyanın sonu çatıb, dörd xəbərçisini görürəm - BMT Baş katibi

Erik Berkoviçin “Seks və cəza” kitabında maraqlı bir hadisə nəql olunur. Antropoloq Odri Riçard 1930-cu illərdən etibarən uzun müddət Şimali Rodeziyadakı bembalılar arasında yaşayıb. Yerlilərlə yaxın əlaqələri olan antropoloq onları yaxından tədqiq edirdi.

Bir gün Riçard hələ də ibtidai vərdişlərindən və adət-ənənələrindən əl çəkməmiş bu tayfaya bir ingilis nağılı danışır.

Nağılın qəhrəmanı gənc şahzadə sevdiyi qızın əlindən tutmaq üçün şüşə dağlara dırmaşır, dərin uçurumlardan keçir və əjdahalarla vuruşur.

Bembalılar bu nağıla açıq-aşkar çaş-baş qalsalar da sakit dayanırlar.

Nəhayət, yaşlı qəbilə başçısı səsini qaldıraraq oradakıların hisslərini ən sadə sualla ifadə edir:

"Şahzadə nəyə görə başqa qızı seçmir?"

***

Müasir "şahzadələr" artıq sevgi üçün heç bir əziyyət çəkmirlər. Modern insan, bu baxımdan ibtidai əcdadından qətiyyən fərqlənmir. Kapitalizmin dəyərlər sistemində insani və ülvi dəyərlər üçün mübarizə aparmaq yoxdur.

Mübarizə ancaq yaxşı yaşamaq və kapital uğrundadır.

Müasir insanın seçdiyi şüurlu yol, əslində, ibtidai insanın yaşamaq uğrundakı mübarizəsindən bir o qədər də fərqlənmir.

İbtidai cəmiyyətlərdə əzələsi böyük olan ən yaxşısına sahib olurdu.

Müasir cəmiyyətlərdə isə bank hesabı böyük olanlar hər şeyi satın alırlar.

İnsan oğlu öz ibtidai babalarının etdiklərini təkrarlayır.

Вид на город Сингапур с залива Марина-Бэй - Sputnik Azərbaycan
Dünyanın ən ağıllı şəhərləri bəlli oldu

Mağaradan çıxmış insan dönüb-dolaşıb "modern mağaralar"a qayıdır.

***

Şübhəsiz ki, dəyərlərin, meyarların olmadığı cəmiyyət irəli getmir.

İbtidai insan mağarada ən vəhşi tərəfini qoyub çıxmışdı, amma göydələnlər, villalar, bər-bəzəkli otellər, komfortlu istirahət mərkəzləri daha ibtidai düşüncəli insanlar üçün mağaradır.

 Təkərin kəşfindən ən bahalı model avtomobillərin dizaynına qədər keçilən yolda insan hissləri və duyğuları durmadan geriyə gedib, öz ibtidai formasına qayıdıb.

Müasir şəhərlərdə ibtidai mağaralar peyda olur.

Müasir şəhərlərdəki bahalı mağaralarda ibtidai düşüncəli insanlar öz babalarından daha əxlaqsız, daha qəddar və daha vəhşidirlər.

Müasir mağaralar müasir insanın beynidir.

Qısacası, müasir insan mağaraya qayıdır.

Xəbər lenti
0