CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başımızı qatan seçki prosesi, Çinə göndərilən “Çin məhsulu” və sarımsaq effekti

© Sputnik / Murad OrujovУрна для голосования в избирательном пункте
Урна для голосования в избирательном пункте - Sputnik Azərbaycan
Abunə olmaq
Ümid edək ki, pensiyaların yenidən qaldırılması bizə doğru piştaxtalardan boylanan rəqəmlərdə özünü göstərməyəcək

BAKI, 10 fevral — Sputnik.

7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

Baş Prokurorluğuna məxsus avtomobil - Sputnik Azərbaycan
HADİSƏ
Seçki məntəqəsində ölüm - Baş Prokurorluq məlumat yaydı

Seçki marafonu

Ötən həftə mühüm siyasi prosesi geridə qoyduq. Noyabr ayında özünü buraxmış parlamenti yenidən formalaşdırmaq üçün sandıq başına yaxınlaşdıq. Kiçik, epizodik qalmaqalları, pozuntuları çıxmaq şərti ilə sakit keçən seçki prosesinə şahidlik etdik. İndi nənələr çox darıxacaq...

Zərdüşt nəsli

Ötən həftə Quba rayonunun Qalxun kəndində irimiqyaslı yanğın hadisəsi baş verdi. Külək nəticəsində ot tayalarında başlamış yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yandı.

Yenə ötən həftə Bakı şəhər İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verdi. Hadisə nəticəsində dörd nəfər xəsarət aldı.

Yevlax şəhəri Çənlibel qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verdi. İsrafil Məmmədov küçəsində baş verən yanğın nəticəsində ətrafdakı evlərə ciddi ziyan dəydi.

Bir neçə gün öncə Bakıda baş vermiş hadisədə isə Şri Lankadan olan 3 tələbə tüstüdən zəhərlənərək dünyasını dəyişmişdi.

Bu yalnız bir neçə gün ərzində baş vermiş bir neçə hadisədir. Ümumi mənzərə deməyə əsas verir ki, istər paytaxtda, istərsə də bölgələrdə yanğın təhülkəsizliyi ilə bağlı ciddi problemlər var. Və problem ikibaşlıdır: birincisi, əlaqədar qurumlar yanğın təhülkəsizliyi ilə bağlı tədbirlərə başısoyuq yanaşır, ikincisi vətəndaş özü bu məsələlərdə kifayət qədər məsuliyyətli deyil. Böyük ticarət mərkəzlərində ötən və ondan öncəki illərdə baş vermiş yanğın hadisələri də bu mülahizənin həqiqiliyini təsdiq edir. Bəli, Zərdüşt genləri bizim oda münasibətimizdə özünü göstərə bilər, amma bu alov bizi yandırır axı...

Пожарный вертолет Ми-8, задействованный в тушении пожара, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ot tayasından başlayan yanğın dəhşət saçdı – Alovu helikopter söndürür

Sumqayıt – sülh, dostluq obrazı ilə..

Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

Təqdir olunmalıdır – həm də ona görə ki, ermənilərin Sumqayıtla bağlı dünyaya təqdim etdiyi “genosid” şəhəri dezinformasiyalarını ancaq belə praktik addımlarla dağıtmaq olar. Sumqayıt həqiqətən də dostluq, sülh, xeyirxahlıq şəhəridir. Sadəcə, bu həqiqəti, elə Sumqayıt hadisələri ilə bağlı faktları da dünya ictimaiyyətinə çatdırmaqda gecikmişik.

...ümid edək ki, Sumqayıtdan Çinə göndərilən tibbi ləvazimatların üzərində “Made in China” yazılmamışdı.

Bizim sarımsaq

Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir. A.Zöhrabov hazırladığı qoruyucu spreyi tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə edərək ərsəyə gətirib.

Sprey nənə-babalarımızın sınaqdan çıxardığı qarışıqlara əsaslanır. Sarımsağı əsrlərdir ki, min bir dərdin dərmanı kimi qəbul edirik. Sumqayıtdan göndərilən tibbi ləvazimatların üstünə ən azı sarımsaq əlavə etmək olardı.

Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu şəxslər vaxtından əvvəl pensiyaya çıxa biləcək

Pensiyalar

Bu həftənin ən yaxşı xəbərlərindən biri, şübhəsiz ki, pensiyaların artımı ilə bağlı idi. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəldi.

Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Ümid edək ki, bu artım piştaxtalardan boylanan rəqəmlərdə özünü göstərməyəcək...

Armen, BP və biz...

Ermənistan mətbuatında bu ölkənin prezidenti Armen Sarkisyanın Azərbaycana investisiya yatırması ilə bağlı fikirlər səsləndirilir. Məsələ burasındadır ki, A.Sarkisyan 2001-2013-cü illərdə “British Petroleum”, “Alcatel”, “Telefonica”, “Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.

Aman, nə böyük tapıntı?! Ermənistanın hər 5 adamından biri Azərbaycanın işğal olunmuş torpaqlarında investordur. BP-nin investisiyası etibarlı olsa da, yazıq sıravi erməninin işğal olunmuş torpaqlarda qurduğu istənilən biznesi yaxşı sonluq gözləmir...

Начальник Генерального штаба Вооруженных сил РФ - первый заместитель министра обороны РФ, генерал армии Валерий Герасимов, фото из архива - Sputnik Azərbaycan
Gerasimov Bakıda - NATO ilə təkbətək

Dialoq şəhəri

Bakıda bu həftə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş oldu. NATO və Rusiya komandanları Avropa və dünyada təhlükəsizlik sahəsi ilə bağlı müzakirələr aparıblar. Valeri Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını bildirib.

Bu görüşlərin məhz Bakıda keçirilməsi artıq ənənə halını alıb. Ölkəmizin paytaxtının qlobal təhlükəsizliyə xidmət edən dialoqun paytaxtına çevrilməsi həm də Azərbaycanın müstəqil, tərəfsiz siyasətindən irəli gəlir. Bu missiya rəsmi Bakının siyasi çəkisini göstərməklə yanaşı, həm də onu artırmağa xidmət edir.

Xəbər lenti
0