Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

"Əhlət ağacı" – Yabanı armudun simvolikası

© © DETALFILM / Ahlat Ağacı / 2018"Ahlat Ağacı" filmindən səhnə
Ahlat Ağacı filmindən səhnə - Sputnik Azərbaycan
Abunə olmaq
Üz-gözünə qarışqa daraşmış uşaq, kəndir sallanan ağacın altında uzanmış İdris, Sinanın satdığı itin baxışları... Bir sözlə, ölüm və həyat...

Nuri Bilgə Ceylanın 71-ci Kann festivalında nümayiş olunan, heç bir mükafat almasa da tamaşaçı rəğbəti görən "Əhlət ağacı" filmi barədə qeydlərimi yenidən gözdən keçirdim. "Atalar və oğullar" probleminə özünəməxsus baxışı ilə yadımda qalan bu filmi 2019-cu ilin sonunda yenidən xatırlamaq, yenidən bu filmə baxmaq istədim. Eyni həvəslə və maraqla izlədim. İlin sonunda yenidən işsiz qaldığım üçün bu film mənə tamam başqa cür təsir etdi.

Азербайджанский режиссер Эльмар Байрамов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ən yaxşı Amerika filmini azərbaycanlı çəkdi - VİDEO - FOTO

Nuri Bilgə Ceylan bu filmdə Türkiyənin uğur qazana bilməyən gənc yazıçılarının ümumiləşdirilmiş obrazını yaradıb. Bəlkə də öz ölkəmdə daima ayrı-seçkilik, təzyiq, ədavət və qərəz görən bir yazıçı kimi, "Əhlət ağacı" məni ikinci dəfə cəlb etdi. Son kitabımın nəşri ərəfəsində yaşadığım problemləri bir daha xatırladım. Problemlərə başqa rakursdan, başqa müstəvidə baxmaq üçün, həyatımda qəfil yaranan boşluğu doldurmaq üçün bu film əla seçim oldu.

Universiteti bitirib öz kəndinə qayıdan gənc yazıçı – Sinan ilk kitabını nəşr etdirmək üçün çabalayır və filmin əsas xətti onun uğursuzluqları və düşüncələri üzərində qurulub. Sinan doğulduğu və yenidən yaşamalı olduğu kəndi sevmir. Aid olduğu cəmiyyət onu sıxır, darıxdırır, yorur. O, öz yaşadığı mühitin "ögey övladıdır". Sinan tələbəlik illərində apardığı müşahidələr əsasında insanın iç səsi ilə bağlı monoloqlardan ibarət "Əhlət ağacı" adlı roman yazıb. Əhlət ağacı – Anadoluda tez-tez rast gəlinən, meyvələri yeyilməyən, yabanı armud ağacıdır. Sinanın yazdığı romanın adı əslində onun taleyinə işarədir. Sinanın romanı onun yaşadığı cəmiyyətə yabanı armud ağacı qədər gərəksizdir. Bu məqamda dərindən nəfəs alıb, gözəl ölkəmdə kitaba və yazıçıya olan münasibəti düşünürəm… (Bəlkə, bizim yazdıqlarımız da bizim cəmiyyətə gərəksizdir.)

Komediya aktyoru kimi məşhurlaşan Murat Cemcirin ustalıqla canlandırdığı İdris (Sinanın atası) obrazı Sinanla konfliktdədir. İdris məğlubiyyəti ilə barışmış, hərdəmxəyal obrazdır. İndi hamının qınadığı İdris özü də gənclik illərində kütlədən fərqlənməyə çalışsa da, bunu bacarmayıb. Oğlunun cəhdləri İdrisə gülməli gəlir, çünki gəncliyini xatırlayır. İdrisin sayəsində daha bir ümidsizliklə – quyu ilə tanış oluruq. Nuri Bilgə Ceylan İdrisin heç cür qazıb bitirə bilmədiyi quyunu ümidsizliyin işarəsi kimi göstərib. Sinan sonda elə quyunun içərisində atasına "təslim olur".

Bazarın qanunu (La loi du marché) filmindən səhnə - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Bazarın qanunu”: İnsanın dəyəri varmı?

Hələ də baxmayanlar üçün zəruri bir qeyd: Film 3 saat 8 dəqiqədir.

Film haqqında bir neçə konkret qeydimi sizlərlə bölüşürəm və tətil günlərində vaxt tapıb bu filmi izləməyi tövsiyə edirəm.

– Film sanki ədəbiyyat almanaxıdır. Müxtəlif yazarlara istinadlar, göndərmələr olduqca maraqlıdır. "Əhlət ağacı"na "roman dadında film" deyə bilərik. Kantdan Dostoyevskiyə, "Qurani Kərim"dən İbn-Ərabiyə qədər bir çox mətnlər bu filmdə yad edilib. Hər halda, intellekt çox ciddi faktordur. Ceylan da bunu nümayiş etdirməkdən çəkinmir.

– Filmdə Türkiyənin nəhəng rejissorlarından biri, ölkəsinə ilk dəfə "Palma budağı"nı qazandıran Yılmaz Güneyin xatırlanması xoşuma gəldi. Səhv etmirəmsə, "Ümidsizlər" filmindən çox dramatik bir səhnə ilə Nuri Bilgə ustad rejissora "salam göndərir".

– "Atalar və oğullar" probleminə o qədər də fərqli olmayan baxış sərgilənir. Mənim üçün yeni heç nə yox idi. Nəzərə alsaq ki, film təkcə mənim üçün çəkilməyib, deməli, bu məqamlar diqqətə şayandır. Bu arada, ata obrazını canlandıran Murat Cemcirin aktyorluğunu çox bəyəndim.

Dünyanı heyrətə gətirən ən qorxulu Azərbaycan filmi – Artıq Bakıya çatıb>>

– Məncə, filmdə dialoqlar həddindən çoxdur. Bəlkə də bu "film-roman"ın dadı-duzu bundadır. Amma 3 saatlıq film, uzun-uzun dialoqlar, məncə, yorucudur.

– Nuri Bilgə Ceylanın müqəddəs mətnlərə göndərmələri, İslama münasibəti, xüsusilə gənc imamlarla Sinanın dialoqları maraqlı idi. Amma bu dialoqlarda Ceylan yeni heç nə demir. Ən azı min ildir müzakirə olunan mövzuları tamaşaçıya xatırladır. Bu məqamda sanki Avropa tamaşaçasına xoş gəlmək cəhdləri hiss olunurdu. Bilmirəm, bəlkə də bu "festival qəlibi"nin tələbidir. Hər halda ən çox usandığım səhnələr idi.

– Rejissorun Volfqanq Petersenə də bir "salamı" var. Meydandakı "Troya atı", məncə, buna görə var. Bu, böyük ehtimalla filmin çəkildiyi məkanı xatırlatmaq üçündür.

– Sinanın dağınıq otağı mənə öz otağımı xatırlatdı. Ətrafa dağılmış kitablar Sinanın xarakterini açmaqda maraqlı üsuldur. Ümumiyyətlə, ilk kitabını nəşr etdirməyə çalışan yazarın çırpınışları çox təbii və maraqlı alınıb.

В киноцентре «Низами» представили обновлённую версию фильма «Улдуз» - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Ulduz" filminin ikinci ömrü: komandanın 95%-i həyatda yoxdur, lent isə qalır

– Ceylanın simvol olaraq istifadə etdiyi quyu, bəlkə də filmin əsas açarıdır. Bu detalçılıq məni çox həyəcanlandırdı və düşündürdü. Eyni zamanda, üz-gözünə qarışqa daraşmış uşaq, kəndir sallanan ağacın altında uzanmış İdris, Sinanın satdığı itin baxışları... Bir sözlə, ölüm və həyat barədə simvolika çox maraqlı idi.

– Son səhnə olduqca təsirlidir. Deyilənə görə, Ceylan bu səhnəni beş müxtəlif hava şəraitində çəkib və nədənsə qar olan səhnəyə üstünlük verib. Hər halda, ustad rejissor nə etdiyini gözəl bilir.

– Süleyman obrazı filmə başqa dad qatır. Hətta epizodik Xədicə obrazı da baş rol qədər maraqlıdır. Ümumiyyətlə, Ceylanın bütün obrazları az qala filmin qəhrəmanıdır.

– Ceylanın filmlərinin musiqisini heç zaman bəyənməmişəm. Elə bu filmin musiqisi də xoşuma gəlmədi.

Bütün bunlara baxmayaraq, vaxtınızı bu filmlə dəyərləndirə bilərsiniz. Hər halda, uğurları və qüsurlarıyla Nuri Bilgə Ceylan Türkiyəni dünya kinosu ilə qovuşduran, filmləri ilə dünya tamaşaçısını cəlb etməyi bacaran ən uğurlu rejissorlardan biridir.

Xəbər lenti
0