CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai ayaqyolu dərdinə çarə - üç manat pul, bir kamera, bir əcnəbi bloger

CC0 / Tama66 / wcОбщественный туалет, фото из архива
Общественный туалет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda nəinki belə bir praktika yoxdur, hətta kiminsə belə bir xahişlə müraciət etməyə üzü gəlməz. Yalnız uşaqlı analar çarəsizlikdən hansısa obyektin qapısını döyər, adətən isə bir ağac, ya kol dibi tapıb uşağı oraya apararlar

BAKI, 19 noyabr — Sputnik. Ümumdünya Tualet Günü noyabrın 19-da bır sıra ölkədə qeyd olunur. 2001-ci ildə Sinqapurda keçirilən, tualet probleminə həsr olunmuş beynəlxalq konfransda belə bir günün keçirilməsinə qərar verilib. Artıq 2002-ci ildən bu gün tarixə tualet günü kimi düşür. Belə bir tədbirin məhz Sinqapurda keçirilməsi də təsadüfi deyilmiş, çünki ölkənin ayaqyolu şəbəkəsi son dərəcə təmizkarlığı ilə seçilir. 17 milli tualet assosiasiyasını təmsil edən 200-ə yaxın nümayəndənin ümumi qərarı ilə Ümumdünya Tualet təşkilatı (World Toilet Organization) da yaradılır.

Пассажиры на борту самолета, фото из архива - Sputnik Azərbaycan
Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - kamera

Azərbaycanda ayaqyolunu evdən kənara çıxarmaq kimi oturuşmuş bir düşüncə var

Sanitar vasitələrin əlçatan olması hər bir insanın normal yaşamasına zəmin yaradır. Ayaqyolu da bu sırada ən mühüm  şərtlərdən biridir. Dünyada 4 milyarddan çox insanın normal sanitar şəraiti yoxdur, həmçinin də evində və ya yaşadığı arealda ayaqyolu olmayan milyonlarla ailə var. Hindistan kimi bir ölkədə ayaqyolu əlçatmaz arzudur, çünki adambaşı həftəyə cəmi 8 litr suyu olan bəzi regionlarda normal sanitar şəraitdən danışmaq belə gülüncdür. 

Ayaqyolu məsələsinə toxunmaq Azərbaycan reallığında olduqca çətindir. Mövzuya tabu qoyulub sanki. Yemək-içməkdən bir gün danışmasaq, ürəyimiz partlayar, yəqin. Təmizlik barədə susmağa üstünlük veririk. Susmaqla isə iş düzələn deyil.

Azərbaycan təfəkküründə ayaqyolunu evdən kənara çıxarmaq kimi oturuşmuş bir düşüncə var. Bir sıra regionlarda böyük bir ev tikib, tualeti həyətin o başında quraşdırmaq normal ənənədir. Gözəl bir evin qarğıdan qurulmuş bir tualeti ya olar, ya olmaz. Qarğının ətrafına da parçadan bir nəsə pərdəfason quraşdırılar. "Şambo" zad da tikməzlər bəzən, elə bir quyu qazıb istifadə edərlər, sonra yeri dəyişdirilər sadəcə.

Bakı kəndlərində ayaqyolunu daşdan tikərlər, amma elə də pul qoymazlar. Çirkli, illərlə kafel-metlaxı təmir edilməyən, "şambo"su boşaldılmayan bir məkandır. Bircə qibləni gözləyərlər, yəni ayaqyolunun nə arxası, nə qarşısı üzü qibləyə baxa bilməz. Qərb-şərq istiqamətində olmalıdır. Amma aftafası, suyu yerində olar. Həyətin bir uzaq küncündə inşa edilər, iy-zad evə gəlməsin deyə.

Böyük mərkəzlərdə qurulan havayı tualetlər də vəziyyəti əks etdirir

Şəhər şəraitində yaşayan insan ayaqyoluna böyük vəsait xərcləməyə məcburdur. Əgər problem olsa, o evdə yaşamaq mümkün olmayacaq, ya da düzgün inşa edilməsə, qonşu yaşamağa qoymayacaq, elə dəqiqəbaşı qapını döyəcək. Bina evlərində yaşayan şəhər camaatı ayaqyolu-hamam, bir də mətbəxin təmirinə çoxlu vəsait sərf etməlidir. Həyəti yoxdur, deməli, o başda hamam, ya tualet tikə bilməz. Yaşadığı standart 60-80 kv.m ərazidə rahatlıq yaratmalıdır.

Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Qızıl unitaz oğurlandı, saray bağlandı

Pis-yaxşı fərdi olaraq bizim insan özünə bir ayaqyolu quraşdıra bilir. Amma şəhərə çıxdısa, çətinliyi orada başlayır. 4 milyonluq paytaxtın ayaqyolu şəbəkəsi olduqca zəifdir. Dünyada qəbul olunmuş normaya görə, hər min nəfər şəhər sakininə bir ictimai ayaqyolu düşməlidir. Bu göstərici hətta 3-5 min nəfər üçün bir tualet olsa belə, pis deyil. Bəzi Avropa ölkələrində yerli bələdiyyələr insanların bu problemini həll etmək üçün kafe və restoranları ayaqyolunu hamı üçün açıq olmağa təşviq edir. Məsələn, Almaniyada qapısından “Nette Toilette” lövhəsini asan obyekt sahiblərinə şəhər bələdiyyəsi büdcədən pul ayırır. Kim istəsə, problemsiz ayaqyolundan yararlana bilər.

Bakıda nəinki belə bir praktika yoxdur, hətta kiminsə belə bir xahişlə müraciət etməyə üzü gəlməz. Yalnız uşaqlı analar çarəsizlikdən hansısa obyektin qapısını döyər, adətən isə bir ağac, ya kol dibi tapıb uşağı oraya apararlar. Ayaqyolu qıtlığını hər addımbaşı duyursan. Elə böyük mərkəzlərdə qurulan havayı tualetlərin vəziyyəti də durumu əks etdirir. Daim növbə, böyük axın - nəticədə qırıq qapılar, unitazlarla rastlaşırıq.

Şəhərin ən mərkəzini, “İçərişəhər” stansiyasını götürsək, yaxınlıqda cəmi bir ayaqyolu var. İçərişəhərin daxilində ictimai ayaqyolunu tapmaq da qəliz məsələdir. Onlarla iaşə obyekti olsa da, insanların yararlana biləcəyi tualet tapılmır. Bəs turist haraya getsin? Qala divarlarının arxasında heç olmasa, 10-12 biotualet olmalıydı.

Parkdakı ayaqyolu üzdən gözəl, daxildən çirkli bir tikilidir

Bakıya çox böyük turist axını var, amma bu insanlar getməyə bir ayaqyolu tapa bilirlərmi? Çətin sualdır. İş adamları bu biznesdən uzaq durur, şəhər meriyası da fəal deyil. Yeni yaradılmış Dövlət Turizm Agentliyi məsələ ilə bağlı heç bir təklif irəli sürmür. “Neftçilər” metro stansiyası, 8 km bazarı, Əhmədli massivi zonasında, bəlkə, yüzlərlə ayaqyoluna ehtiyac duyulduğu halda, olduqca antisanitar vəziyyətdə olan, suyu və sabunu qıt azsaylı tualetləri çətinliklə tapırıq.

Xorvatiya yığma komandasının futbolçuları Avropa-2020 çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı oyunda - Sputnik Azərbaycan
İDMAN
Xorvatlar xal itkisinə bəhanə tapdı – Qarın ağrısına düşüblərmiş

Olan ayaqyoluların sanitar vəziyyəti ayrıca bir mövzudur, bir çirkab bataqlığını xatırladır. Məsələn, şəhərin mərkəzində, "Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında yerləşən parkdakı ayaqyolu üzdən gözəl, daxildən çirkli bir tikilidir. Ayaqyolu, elə bil, müharibə görmüş əraziyə bənzəyir. Tualetin olmamağı bir dərddirsə, belə obyektin mövcudluğu da ölkəyə utanc gətirən bir məsələdir.

Tualet məsələsinin həlli yollarından çox danışmaq olar. Bunlar hamısı dünya praktikasında tətbiq olunur. Bizdə problemin çox asan da yolu var. Ölkəyə bir tanınmış xarici bloqçu gətirib sifarişlə bizim ictimai tualetlərdən reportaj hazırlamasına şərait yaratmaq lazımdır. Bircə belə süjet getsə, iki gündən sonra Bakı İcra Hakimiyyətindən tutmuş İqtisadiyyat Nazirliyinə kimi hamı əl-ayağa düşəcək.

Daha hər il 19 noyabrda tualet problemindən yazmağa ehtiyac qalmayacaq…

Xəbər lenti
0