SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Saxta miqrantların doğma vətəni

© AFP 2023 / FRANCOIS LO PRESTIЛагерь мигрантов в Европе, фото из архива
Лагерь мигрантов в Европе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif adlar altında Almaniyaya pənah aparmış Azərbaycan vətəndaşlarından ibarət saxta miqrant dəstəsinin bir qrupu artıq Bakıya qaytarılıb

BAKI, 16 noyabr — Sputnik. Hamı üzünü Avropaya tutmaq istəyir, elə bayrağımızın qırmızı rəngi də oraya işarə edir. Avropa və ya Amerika arzusu üçüncü dünya ölkələrində yaşayan insanların düşüncəsində həmişə tamarzı formada özünü göstərir.

Вид на Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Almaniyadan deportasiya olunanları Azərbaycanda nə gözləyir?

Məsələn, cəhənnəmə çevrilmiş İraqın, Suriyanın vətəndaşları ağır günlərində qonşuluqdakı ərəb qardaşlarına deyil, məhz Avropaya sığınmağa can atırlar. Bu yolda canından keçənlər var; intertnetdə uşaq və qadınlardan ibarət miqrant dolu qayıqların batması, yollarda başlarına gələn min cür müsibətlərlə bağlı xəbərlər yetərincədir. Vətənləri xarabazara çevrilmiş insanlar irəlidə onları labüd ölümün gözlədiyini bilərək, yenə də yola çıxırlar və paradoks ondadır ki, Yaxın Şərqin alovlarının heç vaxt sönməyən tonqala çevrilməsində üz tutduqları Avropanın rolu heç də az deyil. İŞİD terrorçuları sırasında Qərbin prestijli universitetlərinin məzunlarının da olması əvvəlcə hamıya təəccüblü gəlirdi, indi isə az qala hamı buna təbii baxır. Şərq diktatorları ilə uzun onilliklər boyu qarşılıqlı faydalı maraqlar zəminində dostluq edən Avropanın siyasi elitasının indiki davranışı da artıq heç kimdə qəribə təəssürat yaratmır. 

Vətənini qoyub qaçan ərəbi haradasa anlamaq çətin deyil, çünki o öz ailəsini oddan, alovdan xilas edir. Onlar müharibə istəmirlər və ondan qaçırlar. Bəs azərbaycanlılar vətənlərini niyə tərk edirlər? Allah eləməmiş, Azərbaycan Suriya deyil, Liviya deyil və qanlı qırğınların getdiyi ölkələrin heç biriylə müqayisə oluna bilməz.  Bəs onda bizimkilər nədən qaçırlar?

Sosial şəbəkələrdə dolaşan xəbərlərə görə, onlara saxta miqrant sənədinin düzəldilməsində Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi adlanan qurumun əli var. Qurucusu Məhəmməd Əmin Rəsulzadə olan Müsavatın Azərbaycan tarixindəki rolunu yada salmaq kifayətdir ki, onun adından belə məqsədlər üçün yararlanan adamların hərəkətini, yumşaq desək, qınayasan. Azərbaycanda sovet hakimiyyəti qurulanda Şərqin ilk Cümhuriyyətini quran siyasi xadimlərimiz, o cümlədən xaricdə fəaliyyət göstərən Müsavat təmsilçiləri yalnız Azərbaycan uğrunda savaşıblar. Onların bir məqsədi olub – məmləkətin istiqlal ideyasını yaşatmaq, gələcək nəsillərə bunu ərməğan eləmək. Stalin nə qədər israr eləsə də, Avropa onları təkrar Sovetlər İttifaqına təhvil vermədi. Niyə? Çünki Azərbaycanın o zamankı siyasi mühacirəti saxta deyildi, həqiqi idi! Onlar rahat həyat dalınca gedib özləri üçün yaşamırdılar, çətin şəraitdə - aclıqda, imkansızlıqda yalnız Vətən üçün savaşırdılar.

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Almaniyada azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanıldı

Miqrant alveriylə məşğul olanlar yaxşı bilirlər ki, siyasi sığınacaq almağın asan yolu öz ölkəndə fəaliyyətinə görə təqib olunduğunu təsdiqləməkdən keçir. Ailənin və özünün həyatının təhlükədə olmasının rahat “sübut”u isə cibində müxalifət partiyasının vəsiqəsini gəzdirməkdir. Yaxud da kütləvi aksiyalarda sadəcə çoxlu şəkillər çəkdirə biləsən. Yəni qoca qitəni dolamaq beləmi asandır?

Hamı xoş güzəran, yaxşı təhsil, mükəmməl səhiyyə arzusundadır. Lakin Vətəni tərk edərək dünyanın hansısa ölkəsində ikinci dərəcəli adama çevrilmək vəziyyətdən çıxış yoludurmu? Maarifçilərimiz "yönümüz Avropayadır" deyəndə ölkəni tərk etməyi, qərib diyara sığınmağı yox, Vətəni Avropaya çevirib müasir təfəkkürlü olmağı nəzərdə tuturdu. Azərbaycan insanının məmləkətində öz potensialını reallaşdırması üçün heç də bütün imkanlar tükənməyib, sadəcə buna inanmaq və cəhd etmək lazımdır. 

Xəbər lenti
0