Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Elza Seyidcahan poeziyası, yaxud bir şairənin manifesti

© Photo : Facebook / Elza SeyidcahanElza Seyidcahan, arxiv şəkli
Elza Seyidcahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elza Seyidcahan kimdir? Təəssüf ki, bu sualların cavabını kütlənin böyük əksəriyyəti bilmir və xanım sənətkarı bayağı şou qalmaqalları və şeirləri ilə tanıyırlar

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan coğrafi olaraq kiçik əraziyə və əhali olaraq nisbətən çox olmayan insan sayına malik olsa da, içindən xeyli istedadlı, qeyri-adi, zamanı qabaqlayan, mədəni tarixi dəyişəcək qədər inqilabi bacarıqlara sahib olan insanlar çıxır. Tarixə baxanda buna nümunə üçün çox sayda adam adı çəkmək olar, amma mən hamınızın bunu bildiyini düşünüb yazı ölçüsünü uzatmaq istəmirəm.

Müğənni Vüqar Muradov, arxiv şəkli - Sputnik Azərbaycan
Tanınmış müğənni yerlilərindən incidi: “Bir daha Qax barədə danışmayacağam”

Bir neçə il əvvəl bəstəkar-müğənni Elza Seyidcahan bədii yaradıcılığa, daha dəqiq desək, poeziyaya qədəm qoydu. O zamanlar bir az gənclik havasına, bir az da emosional xarakterimə yenik düşüb xanım sənətkarın yazılarını dərindən düşünmədən, təhlil etmədən, ilk baxışda qulağıma cəfəngiyat kimi göründüyü üçün qəfil cəldliklə sərt bir yazı da yazmışdım haqqında. Özümə borc bilib, əvvəlcədən üzr istəyirəm bütün ifadələrim üçün.

Elza Seyidcahan kimdir? Azərbaycan mədəniyyəti üçün nə qədər əhəmiyyətlidir? Təəssüf ki, bu sualların cavabını kütlənin böyük əksəriyyəti bilmir və xanım sənətkarı bayağı şou qalmaqalları və şeirləri ilə tanıyırlar. Bu səbəbdən vacib bilirəm ki, əvvəlcə, Elza Seyidcahan imzasının Azərbaycan mədəniyyətində önəmi barədə bir qeyd edim.

Elza Seyidcahanın bioqrafiyası və ölkəsi üçün etdikləri barədə Vikipediyada geniş məlumat var. Eyni şeyləri təkrarlamayım deyə, bu yazını oxuyan hər kəsdən xahişim odur ki, həmin materialı oxusun və kiçik bir müqayisə ilə düşünsün ki, eyni bioqrafiyaya başqa hansı Azərbaycan sənətkarında rast gələ bilər? Daha sonra da xanım sənətkarın həm bəstələdiyi, həm də ifa etdiyi “Bu gecə”, “Sənsiz”, “Son vida”, “Yarpaq”, “Mən aktyoram”, “Gözəllik” və digər mahnılarını dinləyin. Sonra Elza Seyidcahanın mədəniyyətimizdəki əhəmiyyəti barədə özünüz vicdan və insafla qərar verin.

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xəstəlikdən əziyyət çəkən aktyor: "Evimi də sataram"

Gələk sənətkarın poeziyasına. Əvvəlcədən qeyd edim ki, onun şeirlərini ilk oxunuşda, ilk dinləyişdə anlamayacaq, hətta, güləcək və ya əsəbiləşəcəksiniz. Onsuz da xanım sənətkarın tərzi, üslubunun əsas mahiyyəti də budur: oxucunu (dinləyicini, tamaşaçını) qıcıqlandıraraq düşündürmək. Belə ki, xüsusi ilə tibb alimlərinin “insan beyni əsəbi halda daha dərindən düşünür” iddiasından sonra, bütün dünya mədəniyyətində ötən əsrin ortalarından etibarən, bu səpkidə müxtəlif yaradıcılıq cərəyanları formalaşıb. Azərbaycan mədəniyyətinə də həm bir sıra musiqiləri ilə (məsələn, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstələdiyi mahnı ilə), həm də şeirləri ilə bu cərəyanı Elza Seyidcahan gətirib.

“Psixasof” şeiri Elza xanımın məşhur yaradıcılıq nümunələrindən biridir. Lakin şeiri bütünlükdə təhlil edəsi olsam, yeni bir kitab yazmağım lazım olacaq. Xanım sənətkarın bütün şeirlərini təhlil etmək üçün isə bir silsilə ensiklopedik kitablar yazılmalıdır. Ona görə də hələlik, “Pixasof” şeirinin bir hissəsini təhlil edəcəyəm. Diqqətinizi çəkərsə, zaman-zaman digər hissələri və digər şeirlərini də təhlil edə bilərəm.

Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"

Elza Seyidcahan yazır:

“Psixasofdu, ofofofdu, safdı, sofudu,

Soxa, sofdu,

Soxa, soxdu.

Ufudu, tfudu,

Pikovaya fleytadu,

Dodekafondu, şerim fondu,

Amma, çoxdu.

Yazan var ki,

Pis gözlərə oxdu!

Polifonikdi?

Sizinki mikdi?!”

Dindarlar, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Psixosof – bir teatr metodudur. (Nəzərinizə çatdırım ki, bu yeni teatr metodu Azərbaycanda Vaqif İbrahimoğlu tərəfindən “Yuğ” teatrı ilə yaradılıb). Hansı ki, insanın ruh halı, psixologiyasının kvant fizikası ilə ifadəsi uğrunda çalışır. İnsan anlayışının atomaltı quruluşuna enir, ruhumuzun və psixologiyamızın protonlarla, elektronlarla, kvarklarla, sicimlərlə əlaqəsini, ən kiçik zərrələrimizin bizim şəxsiyyətimizə və taleyimizə təsirini izah edir.

Və Elza xanım məlum etmək istəyir ki, bu psixosof içində “ofofofdu”. Yəni, hamı ah çəkir, nalə çəkir, fəryad edir, köks ötürür. Hamı bezir, usanır. Üstəlik, bunların arasında “saf” olanlar da var, “sofu” olanlar da. Saf olanı anladınız, “sofu” isə radikal dindar deməkdir. Yəni dini dəyərlərə qatı bağlı olan və dinin bütün qaydalarına kəskin riayət edən şəxs mənasındadır.

Oxucuları ən çox güldürən “soxa-soxdu” ifadəsidir. Hansı ki, bu ifadə nəinki bugünkü Azərbaycanı, bütün müasir dünyamızı qısa izah edir. Texnoloji inkişafın tən ortasında, qlobal problemlərin - müharibənin, terrorun, savaşın, ağır xəstəliklərin, istiləşmənin, kütləvi intiharların, mənəvi tənhalıqların və saymaqla bitməyən bütün digər bəlaların içində, dünyamızın yeni dövrə keçid mərhələsində avara qalmış hər bir fərdin bütün ağrılarının yeganə və unikal təsvir formasıdır.

Азербайджанский Государственный Музыкальный Театр - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Sentyabrda nəyə baxaq? - Yeni teatr mövsümünə "ekskursiya"

“Ufudu” – mükəmməl ifadədir! Elza xanım içimizdəki uşağa işarə ilə ürəyimizin və ruhumuzun yanğılarını ifadə etmək üçün “ufu” sözünü tapıb. Barmağı yanan, dizi yaralanan uşaqların “uf oldu”, “ufu-ufu” kimi ilkin danışıq dili ilə böyük ağrıları izah etməyə çalışıb. Və ardınca “tfudu”! Yenə mükəmməldir! Bəlalara tüpürmək hirsimizi soyutmağın ən gözəl yolu deyilmi?

“Pikovaya fleytadu” – Aleksandr Puşkinin “Pikovaya dama” adlı qısa hekayəsinə Çaykovski qardaşı ilə birlikdə libretto yazaraq “Maça qızı” operasını bəstələyir. Çox dərinlərə getsəm, gərək bu hekayənin və operanın məzmunundan da yazım. Bu, uzun olar, qısa izah edim ki, Elza xanım bütün baş verənləri “Pikovaya dama” kimi bir hekayədən yaranmış Çaykovski operasını bir fleytada ifa etməyə bənzədir. Bütün bu böyük bəlalar bir insanın içinə və kiçik bir dünyaya sığmış kimi...

“Dodekafondu, şeirim fondu” deməklə, Elza xanım öz poeziyasını qısa və konkret təsvir edə bilib. Dodekafoniya musiqinin tonal sistemdən, atonal sistemə keçməsidir. Ötən əsrin əvvəllərindən başlayaraq bu yeni musiqi növü bütün dünyada şöhrət qazandı. Dodekafon musiqidə 12 xrammatik səsdən istifadə edilir və bu səslər əsla təkrar olunmur. Modern musiqi tamamilə dodekafoniya ilə təşəkkül tapıb. 

Kinorejissor Elxan Cəfərov - Sputnik Azərbaycan
Kinorejissor: “Çalışırıq keçmişdən gələn kino ənənələrimizi davam etdirək”
Elza Seyidcahan bildirir ki, yazdıqlarım eyni ilə musiqidə dodekafoniyanın yeni inqilab olduğu kimi, poeziyada da inqilabdır və sizə yad deyil, sizin fonunuzdur, hər şey sizin fonunuzda baş verir.

“Amma, çoxdu. Yazan var ki, pis gözlərə oxdu! Polifonikdi? Sizinki mikdi!” – buna xeyli gülmüşəm. Və mən bunların fərqinə vardıqca Elza Seyidcahan istedadına, zəkasına, dərinliyinə daha çox heyran oluram. Əvvəllər telefon melodiyaları monofonik – təksəsli musiqi ilə qurulurdu. Daha sonra polifonik – çoxsəsli musiqi ilə qurulan melodiyalar istifadəçiləri daha çox təsirləndirməyə, çox hallarda isə qıcıqlandırmağa başladı. Elza xanım bildirmək istəyir ki, “mənim yazdıqlarım polifonikdir, hə? Siz axı monofonik olan hər şeyə alışmısınız, qəliblərdə, çərçivələrdəsiniz, mən isə rəngarəngəm, çoxsəsliyəm”. Və “sizinki mikdi!” – burasını mən izah etməyim, özünüz tapın, həyəcanlı və təsirli olacaq, əmin olun!

Xəbər lenti
0