Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

"Gürcü arzusu" çin olur - Hakim partiyadan rəqiblərinə şillə kimi cavab

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçid"Gürcü Arzusu" partiyasının bayrağı olan avtomobil, arxiv şəkli
Gürcü Arzusu partiyasının bayrağı olan avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Lakin müxalifətin səsləndirdiyi tələblərə baxmayaraq milyarder Bidzina İvanaşvilinin partiyası nazirin tərəfini tutdu və hətta ona təşəkkür belə etdi.

BAKI, 3 sentyabr — Sputnik. Artıq iki gündür ki, Gürcüstanda yeni baş nazirin kim olacağı sualı aktual olaraq qalır. Düzdür, hakim partiya ölkənin baş naziri postuna yeni namizədin adını açıqlayıb. İrakli Qaxariyanın namizədliyi qonşu ölkənin əhalisi tərəfindən birmənalı qarşılanmayıb. Təbii ki, Gürcüstan və Azərbaycanı sıx siyasi-iqtisadi əlaqələr bağladığından qonşu ölkənin siyasi həyatında baş verənlər rəsmi Bakı tərəfindən də diqqətlə izlənilir.

Hadisələr necə cərəyan etdi?

Премьер-министр Мамука Бахтадзе, фото из архива - Sputnik Azərbaycan
"Missiyamı artıq yerinə yetirmişəm" – Baş nazir istefaya gedir

Hər şey isə ötən bazar günü baş verdi. Belə ki, Gürcüstan KİV-i gözlənilmədən məlumat yaydı ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadze həftənin ilk iş günü istefa verəcək. Yayılan məlumatda bildirilirdi ki, hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyasının Siyasi şurası müzakirələr apararaq nəticədə həftənin ilk iş günü, bazar ertəsi Mamuka Baxtadzenin istefa verməsi barədə qərarını açıqlayacaq.

Gözlənilən oldu və 2018-ci ilin iyunundan bəri ölkə hökumətinə rəhbərlik edən Baxtadze sentyabrın 2-si istefa verdiyini açıqladı. Nazir "Facebook" səhifəsi ilə yayımladığı açıqlamasında öz missiyasını yerinə yetirdiyini və məhz buna görə də istefa vermək qərarına gəldiyini bildirdi.

Ən maraqlısı da bundan sonra başladı. Belə ki, dərhal yayılan məlumatlarda hakim partiyanın Baxtadzenin yerinə ölkənin daxili işlər naziri İrakli Qaxariyanı gətirmək niyyətində olduğunu açıqlandı. Bu qərar isə Gürcüstan əhalisi, xüsusi ilə müxalifəti tərəfindən bir mənalı qarşılanmadı. Çünki müxalifət Qaxariyanı iyunun 21-də Gürcüstan parlamenti qarşısında etiraz aksiyasının sərt şəkildə yatırmaqda ittiham edir. Belə ki, həmin gün etiraz aksiyalarının güc yolu ilə yatırılması nəticəsində 80-i polis olmaqla, 240 nəfər yaralanmışdı.

Onun istefası bu hadisədən sonra müxalifətin baş tutan aksiyalarında əsas tələb olub. Lakin müxalifətin səsləndirdiyi tələblərə baxmayaraq milyarder Bidzina İvanaşvilinin partiyası nazirin tərəfini tutdu və hətta ona təşəkkür belə etdi. İndi isə İvanaşvili Qaxariyanı daha yüksək posta gətirir.

Vaxt axarı - Sputnik Azərbaycan
Gürcüstanda hamı saat 3-ü gözləyir

Belə ki, bu gün Gürcüstanın hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyası ölkənin baş naziri postuna daxili işlər naziri Georgi Qaxariyanın namizədliyini irəli sürüb. Gözlənildiyi kimi müxalifətin bu qərara reaksiyası olduqca sərt olub. Belə ki, Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası etiraz aksiyası ilə başlayıb. Müxalif deputatlar daxili işlər naziri olan Georgi Qaxariyanın baş nazir postuna namizəd göstərilməsinə etiraz ediblər. Parlament binasının qarşısında da bir qrup şəxs Qaxariyanın baş nazir postuna namizəd olmasına etiraz ediblər. Artıq müxalifət bu gün axşam saatlarında Gürcüstan parlamenti önündə böyük aksiya keçiriləcəyini bəyan edib.

Nə qədər qəribə görünsə də, parlamentdə çoxluğa malik olan (150 yerdən 105-i bu partiyaya məxsusdur) Gürcü arzusu – Demokratik Gürcüstan partiyası da Qaxariyanı baş nazir postuna təsdiqləməyə tələsmir. Belə ki, Gürcüstan parlamenti ölkənin yeni baş naziri, onun kabinetinə etimadın göstərilməsi məsələsinin hələ bazar günü – sentyabrın 8-i baxacaq.

Bu addımı isə İvanaşvilinin rəhbərlik etdiyi Gürcü arzusu – Demokratik Gürcüstan partiyasının ehtiyatlı davranışı kimi də dəyərləndirmək olar. Belə ki, Qaxariyanın namizədliyi əhali, müxalifət tərəfindən geniş etirazlarla qarşılanarsa hakim partiyanın üzvləri parlamentdə daxili işlər nazirinə etimad göstərməyə də bilər.

İstənilən halda bazar gününə qədər Gürcüstanda siyasi hərarətin günü-gündən artacağı gözlənilir.

Bəs "Rusiyanın adamı" adlandırılan Georgi Qaxariya kimdir?

Tbilisidə anadan olan 44 yaşlı Georgi Qaxariya ixtisasca tarixçidir. O, Tbilisi və Moskvada təhsil alıb. Əvvəlcə o 1994-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini bitirir.

Многотысячная акция протеста в Тбилиси: протестующие заполнили проспект Руставели - видео - Sputnik Azərbaycan
Tbilisidə dörd fərqli mitinq polisi çaş-baş saldı

 Daha sonra 6 il ərzində Lomonosov adına Moskva Dövlət Universitetində politologiya fakültəsində təhsil alıb. 2002-2004-cü illərdə isə Qaxariya Moskva Dövlət Universitetində biznesin idarə olunması üzrə magistr təhsili alıb.

Qaxariya öz karyerasına da Rusiyada başlayıb. 2004-2008-ci illərdə Qaxariya Moskvada SFK Group-un baş direktoru olub.

2008-2013-cü illərdə isə "Lufthansa" aviaşirkətində Şərqi Avropa, MDB və Rusiya üzrə biznesin inkişafı üzrə direktor vəzifəsini tutub.

2013-cü ilin martın isə o Gürcüstanın biznes ombudsmanı olub. 2017-ci ilin noyabrın 13-də Gürcüstanın daxili işlər naziri vəzifəsini yerinə yetirib. Paralel olaraq o həm də baş nazirin müavini və Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsini də yerinə yetirib.

Gürcüstanda aktiv siyasətə qoşulana qədər Rusiyada təhsil alması və karyerasına başlamasına görə Qaxariyanı ölkə müxalifəti tez-tez "Rusiyanın adamı" kimi qələmə verir.

Tbilisidə də baş verənlər Gürcüstan – Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

Sirr deyil ki, Gürcüstanda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan üçün qonşu ölkədə hökumət dəyişikliyinin dinc, sakit yolla baş tutması daha məqbul variantdır. 

Глава МВД Грузии Георгий Гахария - Sputnik Azərbaycan
Gürcüstan özünə yeni Baş nazir seçdi
Azərbaycanın bütün önəmli iqtisadi layihələri bu ölkədən tranzit olaraq keçir. Həm də rəsmi Bakı Gürcüstana investisiya yatıran ən böyük investordur. Məsələnin digər tərəfi isə bu ölkədə xeyli sayda həmyerlimizin yaşamasıdır. İstənilən halda Gürcüstan hökumətinə başçılıq edəcək şəxsin kimliyindən asılı olmayaraq onun ölkənin xarici siyasətində kəskin dəyişiklik etməsi gözlənilmir. Onsuzda həm Azərbaycan, həm də Gürcüstanın xarici siyasətdə maraqları əksər hallarda üst-üstə düşür və ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər. Ölkələr arasında yeganə mübahisəli məsələ son zamanlar gərginliyə səbəb olmuş Keşikçidağ məbədi (Qaraca məbədi, David Qareci məbədi) məsələsidir. Bu məsələdə yeni qurulacaq hökumətin Baxtadze dövründəki siyasəti davam etdirəcəyi gözlənilir...

Xəbər lenti
0