13:39 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
ABŞ-ın aviadaşıyıcı gəmisi Abraham Lincoln və B-52 bombardmançı təyyarələri Fars körfəzinə istiqamət alıblar

Bölgə inamla fəlakətə sürüklənir: Kimin əlinin kimin cibindən çıxacağı bəlli deyil

© AP Photo /
YAZARLAR
Qısa URL
1206 0 0

Moskva "burnunun dibində" amerikapərəst rejimin olmasında maraqlı deyil

BAKI, 17 may — Sputnik. ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub, hərbi dəniz qüvvələrinin bir neçə gəmisi də onlara yaxınlaşmaq üzrədir. Bütün bunlar İranla münasibətlərin pisləşməsi fonunda baş verir. Aviasiyadaşıyıcı zərbə qrupuna hələlik körfəzə daxil olmayan "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir. Gəmi bu həftənin əvvəlində də "McFaul" gəmisi ilə birgə körfəzdə peyda olmuşdu.

Bildirilir ki, "Abraham Lincoln" gəmisi 90 təyyarə və helikopteri daşıya bilir. Qrupa, həmçinin raket kreyseri "Leyte Gulf", "Mendez Nunez" freqat gəmisi, eskadrilya minadaşıyıcı "Bainbridge" gəmisi daxildir. Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən "Arlington" gəmisi də yer alıb.

Pentaqon əmin edir ki, gəmi qruplarının yerləşdirilməsi İranın hücum niyyəti ilə bağlı "yüksək hazırlıq nişanəsi"nə cavab tədbiridir.

Qeyd edək ki, prezident Donald Tramp müdafiə naziri Ceyms Mettisə İranla müharibənin olmayacağına dair vəd verib. İranın ali dini lideri Əli Xamenei də ölkəsinin ABŞ-la müharibə etmək istəmədiyini bildirib.

Lakin Fars körfəzindəki gərginliyin səbəbi Amerikanın onun planlarına müqavimət göstərən İranı dağıtmaq niyyətindən irəli gəlir.

Xatırladaq ki, İranın nüvə proqramına nəzarət edilməsi ilə bağlı Tehranla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa) və Almaniya arasında 15 iyul 2015-ci ildə birgə fəaliyyət planı imzalanmışdı. Avropa da etiraf edir ki, İran bu planı tamamilə yerinə yetirir. Amma ABŞ üzə durur, şərləyir və “inanmırıq” deyərək, müqavilədən geri çəkilir. Hətta buna görə İrana sanksiya da tətbiq edilir. Bununla kifayətlənməyərək, İrandan neft alan ölkələrə də cəza tədbirləri tətbiq edirlər. İran da buna müqavimət göstərir və tabe olur.

Qeyd edək ki, "Nyu-York Tayms" qəzeti ABŞ-ın İrana qarşı mümkün hərbi planları nəzərdən keçirdiyini yazıb. Qəzet yazır ki, əgər İran ABŞ qüvvələrinə hücum etsə və ya nüvə silahı üzərində işi tezləşdirsə Yaxın Şərqdə 120 min nəfərlik hərbi qüvvə yerləşdirilə bilər.

Lakin bəzi təhlilçilər belə hesab edirlər ki, İran ərazisində aparılacaq mümkün müharibə Amerikanı Vyetnam müharibəsindəki məğlubiyyətə bənzər uçuruma sürükləyə bilər.

İstənilən halda Fars körfəzindəki gərginlik bölgəyə fəlakət vəd edir. Araşdırmaçılara görə, ABŞ prezidenti Tramp impiçmentlə üzləşdiyini, hakimiyyəti itirmək üzrə olduğunu görsə, o zaman müharibəyə başlaya bilər.

Beləliklə, hadisələrin gedişindən belə anlamaq olar ki, ABŞ-la İran silahlı qarşıdurma ərəfəsindədir. Ancaq bunun baş verəcəyi ehtimalı azdır. Çünki hətta ABŞ-ın müttəfiqləri belə, İslam Respublikası hakimiyyəti ilə əlaqələrdən hələ tam imtina etməyiblər. Bundan başqa, İranın dünya ölkələri ilə iqtisadi əlaqələri zəif deyil. Yeni müharibə ocağının qalanması həm də ABŞ-ın regional müttəfiqləri üçün təhlükəli ola bilər. Müharibə ABŞ-dan çox İrandakı hakimiyyətin işinə yaraya bilər. Tehran bundan yararlanaraq həll edə bilmədiyi çoxsaylı problemləri ABŞ-la apardığı müharibəyə bağlayacaq. Bu isə ABŞ-ın İranda dəyişmək istədiyi vəziyyətin daha bir müddətə qalmasına səbəb ola bilər.

ABŞ İrana qarşı müttəfiqlərini bundan sonra daha da səfərbər etməyə çalışacaq. Hadisələrin belə inkişafı ABŞ-ın İrana qarşı beynəlxalq mövqeyini gücləndirəcək. Bir sözlə, bölgə inamla fəlakətə sürüklənir.

Bu gün İran rejiminin qalmasında ən maraqlı ölkə kimi Rusiyanın adı çəkilir. Moskva "burnunun dibində" amerikapərəst bir rejimin olmasında maraqlı deyil. İrana sahib olmaq Orta Şərq, Cənubi-Qərbi Asiya, Cənubi Asiya, Cənubi Qafqaz, Orta Asiya, Fars körfəzi, Ərəb dənizi, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. ABŞ-ın buna sahib olması isə Rusiyanın maraqlarına cavab vermir.

Əslində, indi Yaxın Şərqdə kimin dost, kimin düşmən olduğunu müəyyən etmək mümkün deyil. Bir həqiqət var ki, bölgədə proseslər sürətlə inkişaf edir...

Əsas mövzular