CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilimizdə ən çox işlənən ifadələrdən biri qadağan edilsin!

© Sputnik / Murad OrujovAzərbaycan dilinə daxil edilmiş yeni sözlər
Azərbaycan dilinə daxil edilmiş yeni sözlər - Sputnik Azərbaycan
Abunə olmaq
Ey camaat, nə deyirsiniz deyin, amma o kəlməni leksikonunuzdan çıxarın!

BAKI, 4 fevral — Sputnik. Paytaxtın məşhur Babək prospektinin indiki kimi üstü bəzək olmayan vaxtlarında yazmışdıq ki, "amandır, ərəblərin yolu bu prospektdən düşməsin, əks halda "bunların sərkərdəsi hansı urvatla 25 il Xilafətə qarşı mübarizə aparıb?" deyə bizə rişxənd edərlər".

Babək prospekti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...

24.10.2016-cı il tarixli həmin yazıdan 2 il sonra başladılar prospekti təmir etməyə. İki aya yaxın əziyyətdən sonra təhvil verdilər ki, "bəsdir hər şeyə deyindiniz, aha da sizə tam təmirli Babək".

Təzəcə üzümüzə çırpılan tənə-təhnizin utancını yaşayırdıq ki, bıy, 20-cə milyon manata əmələ gəlmiş yol çökdü. Başımızı qaldırıb boylanmağa macal tapmamışkən də, Babəkin üstünü bəzəyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) operativ sözçüsü üstümüzə şığıdı ki, "nədir ə, nə var, dünya dağılmayıb ki?"

Yəni: "Bağlı ərazidə heç bir çökmə yoxdur, sadəcə asfalt örtüyü deformasiyaya uğrayıb. Yeri gəlmişkən, bu, yolun həm hərəkət hissəsində, həm də səkidə baş verib".

Yenilənmiş Babək prospekti  - Sputnik Azərbaycan
HADİSƏ
Hay-küyə səbəb olan hadisəyə rəsmi reaksiya: Yol çökməyib, asfalt deformasiyaya uğrayıb

Yenə yəni: AAYDA deformasiya işlərinə qarışmır, çökmə olsaydı, başqa məsələ. Üstəlik, asfalt örtüyü çöküb də, asfaltın özü çökməyib ki! Və deformasiya təkcə yolun hərəkət hissəsində baş verməyib, həm də səkidə baş verib (təxminən belə: elə hey sürücülər hay-həşir salırlar, gör heç, piyadaların səsi çıxır).

Olub-bitənlərə məsul qurumun enerjili təmsilçisi bu dəfə də cəmiyyəti "neprav" çıxarmağın həzzini yaşayarkən, daha bir xəbər gəldi: Babək prospektində "Mercedes" markalı avtomobil xəndəyə düşüb.

Normal məntiqlə bu, o deməkdir ki, təzə təmirdən çıxmış yol çöküb. Çöküb ki, xəndək meydana gəlib. Xəndək meydana gəlib ki, avtomobil də oraya düşüb. Avtomobil "qara dəliyə" düşməyib də, məhz xəndəyə düşüb. Həm də əməlli-başlı düşüb: Xəndək təkərin birini deyil, bütöv maşını udub.

Amma biz saydığımızı sayaq, görək fələk, aydaaa, AAYDA nə sayır. Qurumun mətbuat katibinin bu hadisəyə reaksiyası, haradasa, bu mənanı ehtiva edir: "Uje, siz ağını çıxardınız".

Yenilənmiş Babək prospekti  - Sputnik Azərbaycan
HADİSƏ
Babək prospektində “Mersedes” markalı avtomobil xəndəyə düşüb

Yəni: "Xahiş edirəm, insanlar arasında çaşqınlıq yaratmayın. Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır. Hər şeyə də çökmə demək məcburiyyətindəyikmi?".

Xatırlayırsınızsa, ötən il iyulun 14-ü gecə paytaxtın Nəsimi rayonu ərazisində avtomobil yolu çökmüşdü. Məlum olmuşdu ki, sən demə, yolun çökmə baş verən hissəsinin altında iki mərtəbəli, dəmdəsgahlı bir tikili varmış. Bunlar da elə o tikilinin üstündən şappıltı ilə asfalt çəkib çıxıb gediblər.

O zaman da AAYDA-nın təmsilçisi camaatdan gileyini, təqribən, belə ifadə etmişdi: "Bəsdirin də hər şeyi şişirtdiniz. Orda nə var axı, cıqqılı bir şeydir".

Nəysə, qurban olduğumdur da, yaradır, sonra təqib eləmir.

Və siz - əziz ictimaiyyət əhli, amanın bir günüdür, "çökmə" kəlməsini dilinizə gətirməyin. Erroziya deyin, korroziya deyin, deformasiya deyin, nə bilim, fikirləşib maraqlı əcnəbi terminlər tapın, yetər ki, ÇÖKMƏ deməyin!

© © KarikaturaProspekt aradan çıxır
Dilimizdə ən çox işlənən ifadələrdən biri qadağan edilsin! - Sputnik Azərbaycan
Prospekt aradan çıxır
Xəbər lenti
0