Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Amerika qitəsində azadlıq arzusu: Daha bir ölkə xaosa sürüklənir

© AP Photo / MARCELO HERNANDEZVenesuelanın paytaxtı Karakasın mərkəzi küçəsi
Venesuelanın paytaxtı Karakasın mərkəzi küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Maduro hakimiyyətdə möhkəmlənərsə, ABŞ müxalifətin əli ilə Venesuelanı qan gölünə çevirməyə çalışacaq...

BAKI, 2 fevral — Sputnik. Yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Venesuela prezidenti Nikolas Maduro - Sputnik Azərbaycan
Maduro ABŞ-ın ölkəsindəki əsl hədəfini açıqladı

"Venesuelada nə baş verir" sualı bu gün hər kəsi düşündürür.

İlkin təhlillər göstərir ki, ölkədə baş verənlər xarici amillərlə yanaşı, ciddi sosial-iqtisadi böhranın nəticəsi olub. Belə ki, Venesuelada hiperinflyasiya, enerji, ərzaq və dərman qıtlığına görə artan narazılıq siyasi böhrana səbəb olub. ABŞ tərəfindən idarə olunduğu deyilən parlament sədri Xuan Quaydo sosialist prezident Nikolas Maduro əleyhinə genişmiqyaslı etirazların ardınca özünü keçid dövrünün prezidenti elan edib.

Son günlər ərzində nümayişlərdə onlarla insan öldürülüb və BMT vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.

Ölkədə vəziyyət həqiqətən kritikdir. Üç milyondan çox venesuelalı son illər ərzində aclıq, tibbi xidmətin aşağı səviyyədə olması, artan işsizlik və zorakılıq cinayətlərinə görə ölkəni tərk edib. İqtisadi ekspertlərin məlumatına görə, noyabr 2017 - noyabr 2018 dövründə Venesuelada inflyasiya 1300000% təşkil edib. Keçən ilin sonunda Venesuelada qiymətlər orta hesabla hər 19 gündən bir ikiqat artıb. Dünyada ən zəngin neft yataqlarına malik Venesuela bir vaxtlar Latın Amerikasının ən güclü iqtisadiyyata sahib ölkəsi olub.

Lakin 2013-cü ildə vəfat etmiş keçmiş prezident Uqo Çaves və hazırkı prezident Maduro dövründə ölkə iqtisadiyyatı çöküb və bu məsələdə əsas amillərdən biri xarici borclar olub. Prezident Çaves 2000-ci illərin yüksək neft qiymətləri fürsətindən istifadə edərək böyük borclara girib və hökumətin xərcləri sürətlə artıb.

Maduronun prezidentlik dövrünün ilk müddətində Venesuela iqtisadiyyatı iflic olub. Prezident Maduro özü ABŞ-ı Venesuelaya qarşı "iqtisadi müharibə" və hökumətinin bir çox üzvlərinə qarşı sanksiyalar tətbiq etməkdə təqsirləndirir. 2016-cı ildə neft qiymətlərinin düşməsi neftdən asılı olan ölkədəki böhranı daha da dərinləşdirib. Venesuela dünyada xam neftin ən böyük təchizatçısı sayılır və neft emalı məhsulları ölkə ixracatının böyük hissəsini təşkil edir. Hasilat 2002 – 2008-ci illərdə dəyişməz qalıb. 2008-ci ildə neft qiymətləri kəskin qalxdığından ölkənin bundan əlavə qazancı $60 milyard təşkil edib.

Lakin 2014-cü ilin sonunda, Uqo Çavesin vəfatından bir il sonra neft qiymətlərinin düşməsi ölkənin neftdən asılı iqtisadiyyatını ağır vəziyyətə salıb. Bir ildən sonra ölkənin ÜDM-i 6 faiz düşüb, inflyasiya isə artıb. O vaxtdan bəri neft hasilatı azalır. BMT-yə görə, 2014-cü ildən bəri üç milyon venesuelalı ölkəni tərk edib.

Президент Венесуэлы Николас Мадуро выступает с ежегодным обращением к нации перед членами Конституционного собрания в Национальном собрании в Каракасе, Венесуэла - Sputnik Azərbaycan
Maduro istefaya "yox" dedi - Toqquşmada ölənlərin sayı artır

Onların əksəriyyəti qonşu Kolumbiyaya yollanır, oradan isə bəziləri Ekvador, Peru və Çiliyə yollanır. Digərləri Braziliyaya gedir. Lakin Maduro bütün deyilənləri böhtan adlandırır. Maduro BMT rəqəmlərini ölkəyə hərbi müdaxilə etmək üçün "düşmən ölkələr" tərəfindən şişirdildiyini bildirib.

ABŞ, 10-dan çox Latın Amerika ölkəsi və Kanada Xuan Quaydoya dəstək verərək, iki həftə əvvəl ikinci prezidentlik müddəti üçün and içmiş və vəzifəsinin icrasına başlamış prezident Maduronun mövqeyini zəiflədiblər. İspaniya, Almaniya, Fransa və Britaniya bildirib ki, Venesuelada yeni seçki keçirilməsə, onlar Xuan Quaydonu dəstəkləyəcəklər.

Lakin Rusiya Xuan Quaydo xarici dəstəyi pisləyərək bildirib ki, bu,  qan axıdılmasına birbaşa aparan yoldur. Çin, Meksika və Türkiyə də Nicolás Maduronu dəstəkləyiblər.

ABŞ üçün Venesuela dövlətini məhv etmək son dərəcə aktual vəzifədir. Çağdaş dünyanın istənilən lideri öz ölkəsi üçün müstəqillik istəyirsə, artıq Amerikanın düşmənidir. Deməli, Venesuelada neoliberallar qalıb gəlsələr, ölkə Birləşmiş Ştatların vassalına çevriləcək və bir qədər keçdikdən sonra ABŞ-ın razılığı ilə ölkə yenidən xaosa sürüklənəcək.

Ehtimal etmək olar ki, Maduro hakimiyyətini Rusiya və Çin müdafiə edəcək. Maduro hakimiyyətdə möhkəmlənərsə, ABŞ müxalifətin əli ilə Venesuelanı qan gölünə çevirməyə çalışacaq...

Xəbər lenti
0