00:54 30 May 2017
Canlı yayım
PKK üzvləri

Avropa PKK-nı məhz bu səbəbə görə dəstəkləyir

© AP Photo/ Cagdas Erdogan
YAZARLAR
Qısa URL
Güngör GÖKDAĞ
77292

HDP-li millət vəkillərinin həbs olunması, siyasi düşüncə və fikirlərinə görə yox, terrora dəstək olduqlarına görədir. Bu adamların tipik terrorçulardan fərqi pencək geyinərək, qalstuk taxmalarıdır.

1978-ci ildən günümüzə qədər qanlı hücumlarına davam edən PKK terror təşkilatı, işlədiyi cinayətlərlə arxasında saysız yetim və gözüyaşlı insan buraxıb. Cənub şərqi Anadolu insanından zorla xərac toplayan, vətəndaşlar üçün inşa edilən ictimai binaları bombalayan, qız-oğlan demədən azyaşlı uşaqları dağa qaçıran bir terror təşkilatından bəhs edirik. PKK-nın digər bir xüsusiyyəti, güclü olduğu bölgələrdə özü kimi düşünməyən ziyalı və intellektual insanlara qarşı sui-qəsd təşkil etməsidir. Hətta bölgə əhalisinin dəstəyini görmədikdə, gözünü qırpmadan onları da öldürən bir təşkilatdır PKK.

Heç şübhəsiz ki, PKK, xarici ölkələr tərəfindən istifadə olunan maşa bir təşkilatdır. Bir çox ölkədən silah, pul və kəşfiyyat dəstəyini almadan ayaqda qala bilməsi, yaşaya bilməsi və əməliyyatlar edə bilməsi mümkün deyil.

Digər tərəfdən narkotika ticarəti ilə məşğul olaraq, maliyyə dəstəyi aldığı avropalıları da zəhərləməyə davam edir.  PKK Avropada yaşayan cənub-şərqi Anadolu insanımızın, yəni kürdlərin də günlərini burnundan gətirir, həyatı onlara zəhər edir. Onlardan zorla xərac toplayır. 

Güllə sıxmaqdan, terror törətməkdən başqa əllərindən heç nə gəlməyən bu qatil və canilər sürüsü Avropanın mərkəzində çox rahat şəkildə həyatlarını davam etdirir. 

Uzun illərdir əli qanlı terror təşkilatına davamlı olaraq yardım edən ölkələrin Türkiyə üzərində çirkli planları yoxdursa, onda təşkilatı niyə dəstəkləsinlər ki?

PKK-nın parlamentdəki siyasi uzantısı hesab edilən Xalqların Demokratik Partiyasına (HDP) gəlincə, bunların artıq heç bir siyasi tərəfi qalmayıb. Xalqı meydanlara səsləyən, onların ölümlərinə səbəb olan, avtomobillərində silah gəzdirən, terrorçuların dəfnində iştirak edən partiyadan danışırıq. 

Qısacası, HDP-li millət vəkillərinin həbs olunması, siyasi düşüncə və fikirlərinə görə yox, terrora dəstək olduqlarına görədir. Bu adamların tipik terrorçulardan fərqi pencək geyinərək, qalstuk taxmalarıdır.

Bütün bunlara baxmayaraq, avropalı diplomatlar mütəşəkkil formada HDP-nin iclaslarında iştirak edir, Türkiyəyə göz dağı verməyə çalışaraq, işlətdikləri kəlimələrlə terrorçuları cəsarətləndirirlər. Seçilmiş hökuməti, hüquqları və qanunları dəstəkləmək əvəzinə avropalı siyasilər HDP-nin yanında duraraq, əslində PKK-nı dəstəkləyirlər. İllərdir bezmədən, yorulmadan bu oyunu oynamağa davam edirlər. 

Türkiyə Respublikasının təməlini hədəf alaraq ona güllə sıxan hər terroristə qucaq açan, yaşama və iş icazəsi verən Avropa ölkələri, Ankaranın tələblərini görməzlikdən gələrək, aktiv terror hərəkətlərinə qatılan və haqlarında həbs qərarı çıxarılan PKK mənsublarını geri göndərməkdən imtina edir. 

Avropanın bəslədiyi və sahib çıxdığı PKK terrorçuları qitənin qərbində təşkilatlanmağı yaxşı bacardılar. Özlərinə tanınan imkandan yararlanıb, övladlarını ən yaxşı universitetlərdə oxudaraq, yüksək vəzifələrə gətizdirdilər. Avropa İnsan Haqları məhkəməsində, bir çox təşkilatlarda kürdlük iddiası adı altında terror təşkilatını müdafiə etməkdədirlər. PKK-nı azadlıq döyüşçüsü, partizan dəstə kimi tanıtmağa çalışırlar.

Xüsusilə Belçika, Fransa, Avstriya və Almaniyada PKK-nın təbliğatı son dərəcə güclüdür. Ciddi siyasi qurumlarla əlaqələri mövcuddur. Medianı xüsusilə qeyd etmək lazımdır. Türkiyəyə hər dəfəsində insan hüquqları və demokratiya dərsi verməyə çalışan qərbli ölkələr, PKK-nın fəaliyyətlərini görməzlikdən gəlirlər.  Avropa Birliyi, məsələ PKK olan zaman, nədənsə təmkinli davranmaqdadır.

Avropa parlamenti Türkiyənin Aİ-yə üzvlük prosesi və vizasız gediş-gəliş məsələsini, HDP-li millət vəkillərinin həbsi və terrorla mübarizə qanununda dəyişiklik edilməməsini bəhanə edərək, yenidən nəzərdən keçirəcəklərini deyir. Bu da onu göstərir ki, Avropa üçün PKK terror təşkilatı Türkiyədən daha qiymətlidir.

Köhnə qitə dövlətləri, Avropada yaşayan sıravi kürd vətəndaşlarımıza zərrə qədər imtiyaz və dözümlülük tanımadığı halda, PKK-lıları niyə əl üstündə tutur? Bunun səbəbi nə ola bilər?

Avropanın Kürd strategiyası heç vaxt dəyişmədi. Kürd qardaşlarımızın taleyi ilə oynayan türklər yox, imperializmdir. Və bu imperialist maraqlar və onlara xidmət edən masa təşkilat birlik və bərabərliyin qarşısındakı ən ciddi əngəldir.

Ərdoğan onların bütün oyunlarını pozur.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, əvvəlkilər kimi qərbə itaət edən, söz dinləyən və istəklərini yerinə yetirən  profildə bir lider deyil. Dik dayanan, məmləkətinin maraqlarını hər şeyin üstündə tutan bir lider onlar üçün dözülməzdir. Türkiyənin tam müstəqil olmasını özləri üçün təhlükə hesab edirlər. 

Yeni Türkiyənin sərhədləri böyüməsə də şübhəsiz ki, təsir dairəsi çox böyüdü. Yaxın Şərqin şah damarına qədər girilib artıq. Prezident Ərdoğan rəhbərliyində “Osmanlı yenidən canlanır” qorxusu içindədirlər. Qərb bloku, inteqrasiya olunmuş bir İslam dünyasını görmək istəmirlər.

Hesab edirəm ki, terrora dəstək vermələrindəki ən böyük səbəb də budur. 

Əsas mövzular