14:05 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
YAZARLAR
Qısa URL
6266321

Bütün elmi araşdırmalar sübut edir ki, dünya gec-tez özünün əvvəlki halına - kainata səpələnmiş toz və daş parçaları şəklinə geri qayıdacaq. Buna səbəb isə indi bizə enerji verən Günəş olacaq.

BAKI, 30 avq — Sputnik. Üzərində yaşadığımız dünya necə yaranıb? Su və quru necə formalaşıb? Sonsuz kainatda canlı aləmin məskən saldığı hələ ki, bilinən yeganə planetdə buna hansı amillər təkan verib? Nəhayət, bütün bu canlı və cansız aləm üzərində yerləşdiyi Yer kürəsi ilə birlikdə nə zaman məhv olacaq? Çox güman ki, bu sualların cavabı düşünə bilən hər kəsi maraqlandırır…

Lerik rayonu
© Photo : PUBLIC DOMAIN

Böyük partlayışdan təxminən 8 milyard il sonra doğulmaqda olan bir ulduzun — indiki Günəşin ətrafına səpələnən toz və daş parçaları yüksək cazibə qüvvəsinin təsiri ilə birləşməyə başladı. Bəli, indi üzərinə saysız-hesabsız canlı və cansızların, milyardlarla insan həyatının, neçə-neçə mədəniyyətlərin sığdığı Yer kürəsi toz zərrələrinin və daş parçalarının birləşməsindən yarandı. Bu proses yarım milyard il çəkdi. Yəni planetimizin bir kürə şəklinə gəlməsi 4.5 milyard il əvvələ təsadüf edir.

Yer kürəsi yarandığı dövrdə tamamən qaynayan qatı maye ilə örtülmüşdü. İstilik 1200 dərəcədən çox, sadəcə hidrogen, karbon dioksid və su buxarından ibarət, havasız bir planet idi. Elə həmin vaxt Tia adlı bir planet gənc Yer kürəsi ilə toqquşur və bu toqquşma indi üzərində gəzə bildiyimiz qurunun, yəni torpağın yaranmasına səbəb olur. Amma bu toqquşmanın qalıqları Yer kürəsinin ətrafına səpilir və cazibə qüvvəsinin təsirindən kürənin ətrafında böyük bir halqa yaranır. Bu halqanın içində bir-biri ilə birləşən toz və qaya parçaları gecələrimizi işıqlandıran Ayı əmələ gətirir.

Gənc Yer kürəsi eyni ilə bir insanın yeniyetməlik dövründəki kimi çılğın, ehtiraslı və enerjili idi. Belə ki, Yer kürəsi o qədər sürətli hərəkət edirdi ki, bir gün cəmi 6 saat çəkirdi. Bu sürətli keçən günlərdə bir asteroid yağışı başladı. İndiki yağışa bənzəməsə də, bu asteroidlərin içində su damcıları vardı. Hansı ki, milyon illər boyunca bu su damcıları toplanacaq, çaylara, göllərə, dənizlərə, okeanlara çevriləcəkdi. Ən əsası isə canlı aləmin yaranmasının təməlini qoyacaqdı.

Asteroidlərin içində damla-damla, milyonlarla kilometr yol gələn su 3.8 milyard il əvvəl Yer kürəsini tamamilə örtmüşdü. Amma bu suyun altında bir vulkan püskürməsi baş verdi və kiçik adaları yaratdı. Zaman-zaman o adalar birləşib qitələri və materikləri əmələ gətirəcəkdi. Ondan əvvəl isə dünyanı tamamilə örtən suyun üzərinə asterodilərin yağışı davam etməkdə idi. Bu dəfə təkcə suyu deyil, canlı aləmin yaranmasına səbəb olan protein və amin turşuları özləri ilə Yer kürəsinə daşıyırdılar. Həmin protein və amin turşular canlanacaq, əvvəlcə, təkhüceyrəli canlıları, sonra isə çoxhüceyrəliləri yaradacaqdı.

Üzərində yaşadığımız dünyanın və canlı aləmin yaranmasını tam öyrənmək üçün çox böyük zaman və böyük araşdırmalar lazımdır. Amma kainatın, dünyamızın və canlı həyatı yaradan amillərin necə ərsəyə gəldiyini qismən də olsa bilirik. Aleksandr Fridman, Corc Lemetr, Georgi Qamovun "Böyük Partlayış"la bağlı nəzəriyyələri, Stiven Hokinqin dünyanın yaranmasına dair mühüm elmi əsaslı iddiaları, Bernard Palissinin fosilləri kəşf etməsi, Çarlz Darvinin bu fosillər əsasında yaratdığı təkammül nəzəriyyəsi, Antoni van Levenhukun mikroskopu kəşf etməsi ilə mikrobiologiyanın əsasını qoyması, bizi hüceyrənin varlığından xəbərdar etməsi, Stenli Millerin təcrübələr əsasında həyatın protein və amin turşulardan əmələ gəldiyini sübut etməsi və saymaqla bitməyən milyonlarla elmi kəşflər, araşdırmalar, təcrübələr bizi kainatın və həyatın sirlərindən qismən agah edib.

Bir gün tarix təkrarlanacaq. Bütün elmi araşdırmalar sübut edir ki, dünya gec-tez özünün əvvəlki halına — kainata səpələnmiş toz və daş parçaları şəklinə geri qayıdacaq. Buna səbəb isə indi bizə enerji verən Günəş olacaq. Elmi araşdırmalar bunun təxminən 5 milyard il sonra baş verəcəyini göstərir. Günəşin enerjisi tükəndikdə partlayacaq. Güclü radiasiya və yüksək hərarət bizi müdafiə edən ozon qatını yox edəcək. Yer kürəsi üzərində bir yarpaq belə, qalmayacaq. Canlıdan cansıza bütün ətraf mühit yanıb külə dönəcək. Bunun adını istər sadəcə təbiət hadisəsi qoyun, istər müxtəlif inanc donları geyindirin. Bu, elm adamlarının sübuta yetirdiyi mühüm bir hadisədir.

Bilmək olmaz, bizdən çox-çox uzaq qalaktikalarda canlılar varmı?! 1965-ci ildə hansısa planetdən Yer kürəsinə gələn asteroid üzərində amin turşular və proteinlərin tapılması hal-hazırda həmin planetdə həyatın yaranmaqda olmasını göstərdi. Kim bilir, o, hansı planetin bizə göndərdiyi məktub idi?!

Bəs Yer kürəsi məhv olduqdan sonra insanlığın nəhəng mədəniyyətindən geriyə nə qalacaq? Ümumiyyətlə, tamamilə toz zərrələrinə çevriləcək bu dünyada bizdən hər hansı bir nişan qala biləcəkmi? Bunun üçün bizə ən yaxın qalaktikalara yol açmalı, ora insanlığın mühüm mədəni nümunələrini, tarixini daşımalı, bizdən sonra yaranacaq olan canlılara özümüzdən nişan saxlamalıyıq. Hər şey bu qədər sadə şəkildə yox ola bilərmi? Sizcə, bu, ədalətsizlik deyilmi?

Əlaqədar

Yer kürəsi fəlakətin astanasındadır
2015-ci il Yer kürəsində ən isti il olub
Yer kürəsinin əhalisi sabah 7,3 milyard nəfər olacaq
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
"Yad planetdən gələn adam" ölüb
"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?
O, öz planetinə qayıda biləcəkmi?
Teqlər:
Böyük Partlayış, qurultay, su, qalaktika, Yer kürəsi, planet

Əsas mövzular