Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Sokaklar"dan gələn adam

© AFP 2023 / ADEM ALTANRəcəb Tayyip Ərdoğan və xanımı Əminə Ərdoğan AKP tərəfdarları qarşısında. 31 mart 2014
Rəcəb Tayyip Ərdoğan və xanımı Əminə Ərdoğan AKP tərəfdarları qarşısında. 31 mart 2014 - Sputnik Azərbaycan
Abunə olmaq
O, böyük siyasəti küçələrə, küçə davranışlarını isə tribunalara daşıdı

BAKI, 5 iyul — Sputnik. Əslində, karyera uğrunda mübarizə, iqtidarını möhkəmlətmək yolunda ən müxtəlif kombinasiyalar qurmaq, vətəndaşların səsini qazanmağa hesablanmış manevrlər etmək hər bir siyasi liderin haqqı və komandası qarşısında vəzifə borcudur. O cümlədən də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın.

Ankarada partlayış - Sputnik Azərbaycan
TƏHLİL
Bu da son: məbədə girdilər

Adam bu günlərə gəlib çıxmaq üçün mümkün olan və olmayan hər şeyi etməyə çalışıb: Daxili və xarici düşmənlər "yaradıb", üzr istədib, üzr istəyib, intriqalar qurub, şeirlər səsləndirib, ilahilər oxuyub, göz yaşları töküb, "sıfır problem" deyib sıfırın əvvəlinə bir neçə rəqəm artırıb, kimini dağdan endirib, kimini dağa qaldırıb, birinə "one minute" deyib, digərinə şillə atıb, gah ərəb olub, gah Avropanın qapısı ağzında illərlə ayaq döyüb. Hər nəysə…

Bu günədək qarşıya qoyduğu məqsədlərin (bu məqsədlərin kimin maraqlarına cavab verdiyi başqa mövzudur) böyük hissəsinə nail olub. Qərb dəyərlərini xeyli dərəcədə mənimsəmiş və İslam aləmində yeganə modern cəmiyyət halına gəlmiş Türkiyənin sürətlə şərqləşməsini, ərəbləşməsini, populistləşməsini, qaraguruhlaşmasını və savadsızlaşmasını bacarıb. Yenə də canı sağ olsun!

Adamın növbəti əsas hədəfi Türkiyəni prezident üsul-idarəli respublikaya çevirmək və öz kürsüsünün qanuni və dayanıqlı olmasını təmin etməkdir. Bunun üçün referendum keçirilməli və əhalinin böyük kəsimi onun istəyinə "hə" deməlidir.

Əhalinin böyük bir hissəsi isə, Rusiya-Türkiyə böhranı üzündən turizmə, iqtisadiyyata, kənd təsərrüfatına dəyən zərbənin acısını yaşayır. Ki, onların, bu hadisənin səbəbkarı kimi gördükləri Ərdoğana dəstək vermələri real görünmür. Ərdoğanın həmin vətəndaş kəsiminin səsini qazanmaq üçün üzrxahlığa qədər getməsinə baxmayaraq, "quyruq acısı"nı unutmaq o qədər də asan deyil.

Deməli, vəziyyətdən çıxmaq üçün başqa bir gediş etmək lazımdır — Türkiyə üçün edam hökmünə bərabər olsa belə. Siyasi karyerasını "sokaklar"dan başlamış bir insan üçün ən münasib dayanacaq, etibarlı əl tutar yeri yenə küçələr ola bilər. Adam təkrar küçələrə, şüarlara, qaraguruha "stavka" etdi — onsuz da ölkənin içərisinə almaqla Türkiyəyə yetərincə başağrısı qazandırdığı Suriya qaçqınlarına vətəndaşlıq hüququ qazandıracağını dilə gətirdi.

Qətiyyən təəccüblü deyil. Bazar təfəkkürlü, mədrəsə təhsilli, çılğın və dəyişkən xarakterli, nəhayət şüarçı texnoloqların əhatəsində olan bir siyasətçi bundan ağıllı texnologiyalar fikirləşə bilməz. Bu cür adamlar cəmiyyətin savadlı, dünyagörüşlü, elitar təbəqəsini idarə etməyin nə qədər çətin, hətta özləri üçün mümkünsüz olduğunu gözəl anlayırlar. Ağıllı vətəndaşa hökm etmək üçün ondan daha ağıllı olmalısan — bunu da dərk edirlər.

Nürnberqdəki nümayişdə fəxri qarovul Adolf Hitleri salamlayır. 13 sentyabr 1933-cü il - Sputnik Azərbaycan
YAZARLAR
Bu da tarixin lənəti

Nəticədə, özləri üçün hay-küyçü kütlədən ibarət elektorat yetişdirirlər. Ziyalı kəsimi, düşüncə tərəfdarlarını sıxışdırıraq, onların yerini daha rahat idarə olunan seçicilərlə doldururlar. Bir hayqırtıya coşan, bir şeirə kövrələn, bir populist bəyanata özünü buraxan kütlənin lideri olmaqdan asan nə ola bilər ki?!

Ərdoğan da öz qafasına uyğun gələn və onu "fateh"ə çevirəcək həmin kəsimin lideri olmağı seçdi. Əslində, başqa seçimi də yox idi. Çünki, ağıllı seçici şüara, yüksək oktanlı səs tonuna, hansısa kasıbla iftar yeməyinə, "davosların fəthi"nə, dini-ideoloji spekulyasiyalara aldanmaz, ya da səhvini tez başa düşüb yarı yoldan qayıdar. Boğazı ağlından yuxarıda dayanan emosional toplum nümayəndələri isə, sənin bir fitinə bənd olarlar.

Və Ərdoğan böyük siyasəti küçələrə qaytardı. Küçə davranışlarını tribunalara qaldırdı. Ölkənin gələcəyini isə fitə qaçanların ixtiyarına verdi. Nə deyək… Qəzan mübarək, Türkiyə!

Xəbər lenti
0