05:17 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
YAZARLAR
Qısa URL
105 0 0

İstər qüsura baxsınlar, istər baxmasınlar. İstər adımızı dəftərdən silsinlər, istər qanımızı töksünlər. Bu söylədiklərimin acı həqiqət olduğuna o qədər əminliyim var ki...

BAKI, 23 iyun — Sputnik. Bir qrup yoldaşım vardı. Olduqca sakit, başıaşağı, dinməz bir qızdı. 18 yaşlı bu xanımı nəyəsə coşdurmaq, hətta danışdırmaq üçün dəridən-qabıqdan çıxmağımız belə, əksər hallarda əbəs olurdu.

Futbol azarkeşləri
© Sputnik / Vitaliy Belousov

2002-ci ilin yay ayları idi. Futbol üzrə dünya çempionatı gedirdi. Nə o zamanlar, nə də indi bu idman növünə zərrəcə marağım olmadığından, kim kimlə qarşılaşır, neçə kişi bir topun arxasınca və neçə-neçə bərəlmiş göz də onların arxasınca qaçır, bilmirdim.

Xülasə, dərsarası yoldaşlar hansısa topçunun barəsində didişirdilər. Bəlli oldu ki, braziliyalı keçəlbaş oyunçu Ronaldo haqda danışırlar. Zarafatyana "ayağı sınsaydı, canımız qurtarardı" deyə replika atdım. Və bu an, kənarda sakitcə oturan o başıaşağı qız ünvanıma elə nalayiq ifadə işlətdi ki, nəinki mən, bayaqdan bir-birini didən futbol xəstələri belə, donub yerlərində qaldılar. Ardınca həmin qız dedi ki, "kaş atamı, anamı, qardaş-bacımı söyəydin, amma Ronaldo haqda belə qarğış etməyəydin" və o gündən bu günə mənimlə küsülüdür…

Anlamırdım, anlamağa çalışırdım, amma anlaya bilmirdim. Hansısa futbolçunu ailəsindən çox sevməyə, ona olan qiyabi sevgisi naminə illərin dostunu bir qələmdə silib atmağa insanı nə vadar edə bilər — deyə düşünürdüm.

Və getdikcə daha ağır xəstələrlə rastlaşdım. Azarkeşlik etdiyi klub məğlub olduğu üçün, matçı izlədiyi çay evini yandırıb, 4 il "iş" alanı gördüm. Hansısa əcnəbi komanda haqda təhqiramiz ifadə işlətdiyi üçün, otaq yoldaşını bıçaqdan keçirəni tanıdım. Hətta, rəqib futbolçuların fanatları olan ata-oğulun əlbəyaxa davasını duydum…

Futbol dünyanın şimalında yaradıldı — ən soyuqqanlı və ağıllı millət olan ingilislər tərəfindən. Amma bu adi oyun kütləvi xəstəlik olaraq cənub xalqlarına yoluxdu. Onsuz da bir-birini qırmağa bəhanə axtaran Şərq-müsəlman toplumları arasında narkotik kimi yayıldı. Emosional cənub millətlərinin beynini dumanlandırdı.

İngilisin yaradıb, yəhudinin idarə etdiyi bu kütləvi psixi xəstəlik iliyimizə işlədi. Zatən düşünməyi, yaratmağı, kəşf etməyi qafamız almadığı üçün, darıxdırıcı zamanımızı sərf etməyə nəsnə axtarırdıq. Sağ olsunlar, ikram etdilər. "Elm, texnologiya, inkişaf, zehni inqilab sizin başınız üçün deyil" deyib bu bəlanı damarımıza yeritdilər.

Biz bu kütləvi narkotikin təsiri altında havalanarkən, onlar zaman və pul qazanmağa başladılar. Qara-qırmızı toplumları bir az daha uyutmaq, yatırtmaq, oyanınca bir-birilərinə qənim kəsilmələrinə fürsət yaratmaq üçün yeni-yeni oyunlar düşündülər, tapdılar.

Futbol xəstələri istər qüsura baxsınlar, istər baxmasınlar. İstər adımızı dəftərdən silsinlər, istər qanımızı töksünlər. Bu söylədiklərimin acı həqiqət olduğuna o qədər əminliyim var ki…

İnanın, sizi çox qandırdılar. Ən dəyərli nemət olan zamanınızı və ən ali mükafat olan düşüncənizi oğurladılar. İçinizdəki ülvi sevgi hisslərini şiddətli ehtirasla əvəzlədilər. Həyat yoldaşınıza, övladınıza, dostunuza qıymadığınız məhəbbəti, kimlərinsə cibinə milyonlar daşıyan topçulara bəxş edəcək qədər manqurtlara çevirdilər sizi.

Düşnün, özünüzə yazıq etməyin, ömrünüzə heyfiniz gəlsin, ağlınızı satışa çıxarmaqdan əl çəkin — deyəsi deyiləm. Davam edin! Siz davam edin ki, onlar huzur tapsınlar. Siz daha dərin zülmətlərə qərq olun ki, onlar bir az daha aydınlığa çıxsınlar. Davam edin…

Əlaqədar

İngiltərəli azarkeşləri həbs etdilər
Qalatasarayın azərbaycanlı azarkeşlərindən təklif
Rus azarkeşlərə stadiona giriş qadağan olundu
AFFA azarkeşlərə müraciət edib
UEFA Rusiya Futbol İttifaqına 150 min avro cərimə kəsib
Azərbaycan futbolunun gələcəyi sual altında
Əfsanəvi futbolçu vəfat etdi
Teqlər:
futbol, azarkeş, xəstəlik, yəhudi, top, ingilis

Əsas mövzular