16:07 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Fransanın Sen-Deni şəhər stadionunda UEFA-2016-ya hazırlıq

Bir ay Avropa həyacan içində olacaq

© REUTERS / Gonzalo Fuentes
YAZARLAR
Qısa URL
Fuad MƏMMƏDOV-PAŞABƏYLİ
657060

Bu gün axşam bütün planet Avropa qitəsinin futbol çempionatının açılışını izləyəcək. Bir ay ərzində bütün Avropa Əlahəzrət FUTBOLUN sehrli enerjisi altında olacaq.

BAKI, 10 iyun — Sputnik. Sizi təbrik edirəm, hörmətli futbol həvəskarları! Bu gün, 10 iyunda, Fransada iyulun 10-na qədər davam edəcək Avropa futbolu üzrə 15-ci çempionat başlayır. Bu o deməkdir ki, biz bir ay bu futbol bayramından zövq alacağıq. Köhnə Dünyanın 24 yığma komandası çempionatın baş prizi — Anri Delon Kuboku uğrunda mübarizə aparacaq. Məhz kuboka adının verildiyi həmin adam hansı ki, UEFA-nın ilk baş katibi olub, milli komandalar arasında Avropa birinciliyini keçirməyi təklif edib. O, öz arzusunun gerçəkləşməsinə qədər yaşamayıb. 1955-ci ildə, onun dünyada olmadığı vaxt UEFA Avropa birinciliyinin ali prizini bu əfsanəvi futbol funksionerinin adı ilə adlandırmağa qərar verib.

Avropanın 15-ci çempionatı — artıq 56 ildir ki, hər 4 ildən bir Avropa birinciliyi keçirilir. Elə xoşbəxtlər var ki, 1960-cı ildən, Anri Delon kubokunu SSRİ yığmasının qazanmasından indiyə kimi bu çempionatı izləyə biliblər. Bağışlayın, tarixdəki bu gözəl məqamları xüsusi vurğulamaya bilmərəm.

Qayıdaq hazırkı dövrə və sevinək ki, bu gün, Paris ətrafındakı Sen-Deni şəhərindəki "Stad de Frans" stadionundakı rəsmi açılış mərasimindən sonra turnirin ev sahibi ilə Rumıniya yığması arasında görüş olacaq. İlk dairədə Avropa qitəsinin futbol birinciliyinin iştirakçılarının imkanlarının nə qədər olduğunu təhlil etməyə çalışaq.

"A" qrupuna Fransa və Rumıniyadan başqa İsveçrə və Albaniya yığmaları daxildir. Şübhəsiz burada favorit turnirin ev sahibləridir. Fransanın mükafatlarla dolu futbol tarixi və hazırkı heyəti onlara yalnız qrupdan çıxmağa deyil, həmçinin çempionatın qalibi olmağa imkan verir. İkinci vəsiqəyə gəldikdə mənim fikrimcə, qrupun digər üzvlərinin hər biri eyni dərəcədə onu qazanmağa layiqdir.

"B" qrupunda iki vəsiqə uğrunda İngiltərə, Rusiya, Uels və Slovakiya mübarizə aparacaq. Bir çox futbol şərhçiləri ingilislərin bu qrupdakı şəksiz liderliyini qeyd edirlər. Mən bir qədər başqa cür fikirləşirəm. Şübhəsiz Dumanlı Albionun yığması qrupdan çıxa bilər, lakin onun mütləq favoritliyi şübhə altındadır. Çox şey bu qrupdakı ilk turun İngiltərə-Rusiya görüşündən asılıdır. Yalnız bu görüşdən sonra ingilislərin qrupdakı uğurları barədə hər hansı proqnozu vermək olar. Digər komandalar prinsipcə bərabər qüvvəlidir və onlardan hər biri 1966-cı ilin dünya çempionları ilə yaxşı oynamağa çalışacaq.

Almaniya, Ukrayna, Polşa və Şimali İrlandiya "C" qrupunu təşkil edirlər. Yalnız növbəti mərhələyə çıxmaq məsələsində deyil, həm də çempionatı birinci yerdə başa vurmaq məsələsində şübhəsiz favorit Almaniya yığmasıdır. Digər komandaların səviyyəsi elədir ki, hər şey onların birinciliyə nə dərəcədə hazır olmalarından və əzmkarlıq keyfiyyətlərindən asılıdır. Bu qrup barədə daha konkret fikri birinci turdan sonra demək mümkün olacaq.

"D" qrupunu futbol analitiklərinin çoxu ölüm qrupu adlandırır. Fikrimcə, bu fikirdə həqiqət payı çoxdur. İspaniya, Çexiya, Türkiyə, Xorvatiya — bütün komandalar adlı-sanlı, təcrübəli və güclüdür. İspanları favorit adlandırmağa ehtiyat edirəm. Son iki Avropa çempionatlarının qaliblərinin hazırda da güclü heyətləri var, lakin mənə elə gəlir ki, ispan futbolu bir qədər sönükləşib. Bu qrupda hər şey ola bilər və məncə birinci dövrənin nəticələri komandaları məyus etməyərək, səfərbər edəcəklər.

"E" qrupunda İtaliya, Belçika, İsveç və İrlandiya çıxış edirlər. İlk baxışda italyanlar və belçikalıların çıxışı şübhə doğurmur. Lakin Zlatan İbrahimoviç amilini unutmaq lazım deyil. O təkbaşına oyunu həll edə bilər. İstənilən sürprizi edə bilən irlandları da hesabdan silmək olmaz.

"F" qrupunda Portuqaliya, Avstriya, Macarıstan və İslandiya oynayacaqlar. Məşhur portuqal futbolçusu Luiş Fiqu hesab edir ki, həmyerlilərinin bəxti çox gətirib. Həqiqətən bütün dövrlərin ən yaxşı futbolçularından olan Kriştianu Ronaldunun irəli apardığı Portuqaliya yığması çox güclüdür və qrupdan çıxmaqla bağlı fikrimcə onların problemləri yoxdur. Şübhəsiz Portuqaliya Avropanın ən yaxşı komandalarından biri adına namizədlərdən biridir və onların iştirakı ilə gözəl futbol tamaşalarına baxa biləcəyik. Digərlərinə gəldikdə isə analitiklərin çoxunun fikrincə, ikinci vəsiqənin taleyi islandlarla avstriyalıların mübarizəsində həll olunacaq. Macarların özləri belə Macarıstanı hesaba almasalar da bu komandanın qrupdakılardan istənilən biri üçün ciddi problemə çevriləcəyi istisna olunmur.

Əlavə edim ki, Avropa çempionatının qrup mərhələsinin oyunları 10-22 iyun tarixlərində keçiriləcək. 1/8 finalın görüşləri 25-27 iyun, 1/4 final oyunları 30 iyun — 3 iyul tarixlərində olacaq. Yarımfinal oyunları 6-7 iyulda, final isə 10 iyulda Paris ətrafındakı Sen-Denidəki "Stad de Frans" stadionunda keçiriləcək.

Lakin bütün bunlar sonra olacaq. Bu gün axşam isə fikrimcə, bütün planet Avropa qitəsinin futbol çempionatının açılışını izləyəcək. Bir ay ərzində bütün Avropa Əlahəzrət FUTBOLUN sehrli enerjisi altında olacaq!

Əlaqədar

"Bürünc" ilinin qızıl oğlanları: San-Siro onu ayaq üstdə alqışlayırdı
“Bürünc ili”nin qızıl oğlanları: İlahidən fitri istedad olan hücumçu
"Bürünc il"in qızıl oğlanları: bürünc qazandıran məşqçi
Bürünc ilin qızıl oğlanları: Stalin bu məğlubiyyəti ona bağışlamadı
Teqlər:
həyacan, Avropa çempionatı, Fransa, futbol

Əsas mövzular