Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bu da tarixin lənəti

© AP PhotoNürnberqdəki nümayişdə fəxri qarovul Adolf Hitleri salamlayır. 13 sentyabr 1933-cü il
Nürnberqdəki nümayişdə fəxri qarovul Adolf Hitleri salamlayır. 13 sentyabr 1933-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Texnologiyanın "allahı", dünya iqtisadiyyatının motoru oldular, lakin heç vaxt dünyanın idarə olunmasında söz sahibi ola bilmədilər. Çünki başqalarının qapısına siyasi təbəssümlə deyil, kobud dilləri və zirehli maşınları ilə dayandılar.

BAKI, 6 iyun — Sputnik. Texnoloji ağılda tayı-bərabəri olmayan alman xalqı, tarixdə heç bir zaman siyasi uzaqgörənliyi ilə ad çıxara bilməyib. Onları hərb sənətinin dühası da hesab etmək olar, amma hər zaman silahlı mübarizələri, siyasi dalana dirənən zaman rüsvayçı məğlubiyyətlə sonuclanıb.

Almaniya Bundestaqının iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
Almaniya bundestaqı qondarma "erməni soyqırımı"nı tanıdı

1870-71-ci illər Fransa-Prussiya müharibəsində almanlar minlərlə insanın qanı bahasına, Fransanın təbii sərvətlərlə zəngin olan Elzas-Lotaringiya bölgəsini ələ keçirdilər. Lakin bölgəni cəmi 47 il əllərində saxlaya bildilər və Birinci Dünya Müharibəsində heç bir üstün rola malik olmayan fransızlar, Versal sülh konfransında, sadəcə siyasi kambinasiya ilə, qansız-qadasız həmin əraziyə təkrar sahibləndilər.

20-ci əsrdə hələ də dünyanı siyasi ağılın deyil, silahın idarə edəcəyini düşünən almanlar, 1939-cu ildə bütün dünyaya savaş açdılar. Və üzərindən çox keçməmiş, ingilis kəşfiyyatının toruna düşən Hitler, nəhəng sovet imperiyasını da özünə düşmən etdi. 6 il ərzində dünyanı lərzəyə gətirən, on milyonlarla insanın həyatına son qoyan İkinci Dünya Müharibəsi də Almaniyanın darmadağın edilməsi və rüsvayçı sülhə imza atması ilə nəticələndi.

İfrat dərəcədə soyuqqanlı olmaları ilə yanaşı, bu qoyuqqanlılığı praqmatik siyasətə transfer etməyi bacarmadı alman xalqı. Texnologiyanın "allahı", dünya iqtisadiyyatının motoru oldular, lakin heç vaxt dünyanın idarə olunmasında söz sahibi ola bilmədilər. Hərb meydanında tapdaq altına aldığı Fransa qədər dünya siyasətinə təsir etmək qabiliyyəti olmadı Almaniyanın.

Çünki hər zaman iqtisadi inkişaf və hərbi qüdrət onları sonu düşünülməyən yola sürüklədi. Başqalarının qapısına, onillərə hesablanmış siyasi təbəssümlə deyil, kobud dilləri və zirehli maşınları ilə dayandılar. Əzib-keçdilər, lakin ilkin mərhələdə. Çünki zor gücü də bir yerə qədər. Düşünmədilər ki, zəfər mübarizənin önündə deyil, sonunda gəlir. Və onlar hər zaman sonda uduzdular. Buna tarixin lənəti də demək olar…

Bunun nəticəsidir ki, dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik olan dövləti, "dünya beşliyi" sayılan BMT Təhlükəsizlik Şurasının qapısından içəri buraxmırlar. Pakistana qədər gedib çıxan nüvə silahına sahib olmağı Almaniya ağlından belə, keçirmir. İngilis-yəhudi qafasının məhsulu olan ABŞ-ın təsir dairəsindən və nəzarətindən çıxa bilmir bu ölkə.

Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədən Avropa Birliyinə tərs şillə

Və yenə eyni qaydasız oyun. Yenə burnunun ucundan o yanı görə bilməyən siyasi təfəkkür. Türkiyə ilə silahlı müharibə həddinədək gəlib çıxan İsrailin və Ankara ilə düşmənçiliyi hələ də davam etdirən Rusiyanın belə, atmadığı addımı Almaniya atdı. Həm də, məhz 1915-ci ildəki müttəfiqinin — Almaniya ilə ittifaq ucbatından parça-parça edilən Osmanlı imperiyasının varisinə qarşı.

Sonu hesablanmadan və heç bir siyasi dividend gətirməyəcək bu addım Merkelin Ərdoğana olan şəxsi nifrətinin təzahürüdür. Habelə, Türkiyə boyda müttəfiqini qarşısına alaraq, qondarma "erməni soyqırımı"nın tanınması alman siyasətinin hələ də 1870-ci illər səviyyəsindən qabağa getmədiyinin isbatıdır.

Yeri gəlmişkən, Merkellə Ərdoğanın xarakterləri, siyasi dünyagörüşləri arasında xeyli dərəcədə bənzərliklər var. Hər ikisi şəxsi nüfuzunu dövlətin nüfuzunun üzərində görməkdən sonsuz həzz alır. Hər ikisi siyasətə məişət ədavəti və kin-kidurət qarışdırmağın ustasıdır. Və hər ikisi tarixə bənzərsiz lider olaraq düşmək ehtirası ilə alışıb-yanır. Amma tarix nə Merkelə Tetçer olmağı nəsib etdi, nə də Ərdoğana Süleyman…

Xəbər lenti
0