Artıq əmanətləriniz batmayacaq

© © KarikaturaKişinin pulu gözünün qabağında olar
Kişinin pulu gözünün qabağında olar - Sputnik Azərbaycan
Abunə olmaq

Konstitusiya Məhkəməsi (KM) əmanətlərin sığortalanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar qəbul edib. Belə ki, indiyədək müflis olmuş bankların əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilr.

Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin əmanətin faizi 15, yoxsa 17-dir? Belə ki, 15 faiz sığortalanır, amma 17 faizlik əmanət qorunmur.

Amma KM-in sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə, o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17 yox 15-dir. Yəni, həmin əmanətlər qorunur və geri qaytarılmalıdır.

Xəbər lenti
0