Yerin günbəgün yarıldığı kənd!!!

© © KarikaturaTorpaq sürüşməsi
Torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq

Şabran rayonunun Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib. Yararsız vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb. Kənd sakini, zərərçəkmiş Əliyev Faiq Abdulla oğlu Sputnik Azərbaycan-ın bölgə müxbirinə vəziyyəti belə şərh edib: "Gün ərzində ən azı torpağın yarım santimetr aralanmasının şahidi oluruq. Buna sübut olaraq, mənim evim fevral ayından bu günə qədər 3 metr firlanaraq aşağıya doğru sürüşüb".

"Artıq bu kənddə yaşayış çox təhlükəlidir və biz hər an ölümlə üz-üzəyik. Hər gün uşaqlar həyətdə oyun oynadığı zaman quyulara yıxılaraq zədə alırlar. Səbəbi isə torpağın üstünü ot örtdüyü üçün, onların torpaqda olan yarğanları görməmələridir" – F. Əliyev bildirib.

Xəbər lenti
0