Aylıq bir milyon manat gəliri olan şəxsə 150 manat cərimə!!!

© © KarikaturaCərimə
Cərimə - Sputnik Azərbaycan
Abunə olmaq

"Kabel televiziyaları vətəndaşların hüquqlarını pozur. Orada 5-6 adam oturur, pul qazanır". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin mayın 16-da keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

O bildirib ki, kabel televiziyaları qanunun tələblərinə əməl etmir: "Ona görə də cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, məsuliyyətli olsunlar. Hazırda cərimənin məbləği 150 manatdır. İzləyici məhkəməyə müraciət edərsə, onlar da 150 manatla işlərini həll edəcəklər. Bu xidmətlər keyfiyyətli deyil, qar yağanda, külək əsəndə kanal pozulur. Bundan başqa, vətəndaşa seçim imkanı da yaratmırlar. Bütün bunlara baxmayaraq, onların pulundan 1 manat kəsmək olmur".

Hüquqşünas Ələsgər Məmmədli də burada ədalətsizlik olduğunu deyib. Onun sözlərinə görə, cərimə mexanizmi elə olmalıdır ki, şəbəkələr qanun pozmaqdan çəkinsin: "Düzdür, fəaliyyəti tamamilə iflic edən cərimə olmamalıdır. Amma eyni zamanda da, cərimə balanslı olmalıdır. Məsələn, 100 min abunəçisi olan və 1 ayda 100 min abunəçinin hərəsindən 10 manat pul almaq şərti ilə 1 milyon manat pul qazanan bir kabel şəbəkəsi 150 manat cərimələnirsə, əlbəttə ki, bu, onun üçün çətin olmayacaq. Deməli, bu baxımdan burada da balanslı yanaşma olmalıdır. Bununla bağlı iddialar doğrudur".

Xəbər lenti
0