21:24 25 Fevral 2018
Canlı yayım
Mürtəza Bünyadlı

Ermənilərin kürdlərə dəstək verməkliyi

sputnik.az
BLOQLAR
Qısa URL
5631

Cəfər Cabbarlının Allahverdisi ilə İmamverdisini bir-birinə düşmən edən nədir?

BAKI, 5 avq-Sputnik. Ermənilərin PKK-ya dəstək verməsi artıq yeni bir fakt deyil. Bu barədə dəfələrlər yazılıb və faktlarla dolu materiallar mətbu orqanlarında dərc olunub. Ermənilər hər zaman türk xalqına və onun dövlətçiliyinə qarşı fəaliyyətini davam etdirib və bu məqsədlə istənilən antitürk təşkilatına, cərəyanına  dəstək verib. Ermənilər “düşmənimin düşməni dostumdur” prinsipinə əsaslanaraq, Türkiyənin əleyhinə və onun dövlətçiliyini sarsıdan istənilən qüvvə ilə əməkdaşlıq edir və bu işdə onlara lazımi dəstəyi verirlər. Bunlardan biri də ermənilərin PKK, PYD ilə əməkdaşlığıdır. Bunu aşağıdakı fotodan da görmək mümkündür. Əsrlər boyu qardaş kimi yaşayan iki xalqın arasına ədavət salınıb və onlar bir-biri ilə düşmənçilik etməyə başlayıblar. Yüz illər boyu bir yerdə yaşayan, sevinclərini və kədərlərini paylaşan, savaşlarda bir-birinə arxa, dayaq olan, bir-birilərinin ailələrini qoruyan bu etnoslar indi bir-birilərinə qarşı ağlasığmaz nifrətlə bəslənməyə başlayıblar.

Ermənilərin kürdlərə dəstək verməkliyi
facebook
Ermənilərin kürdlərə dəstək verməkliyi

Türk dövlətçiliyinin inkişafında kürd xalqının da müəyyən rolu olub. Lakin qlobal siyasi güclər kürdləri türklərə düşmən etməyi bacarıblar. Yəqin ki, sadə kürd xalqı nə baş verdiyinin fərqindədir. Bu yerdə Cəfər Cabbarlının erməni-türk konflikti ilə bağlı yazdığı “1905-ci il” pyesindəki bir epizod yada düşür. Orada qeyd olunur ki, vaxtilə qonşu olmuş və bir-biri ilə yaxşı münasibəti olan erməni Allahverdi ilə azərbaycanlı İmamverdi hərəsi bir səngərdə oturub öz xalqını müdafiə edir. Və hərəsi bir səngərdə oturmasına baxmayaraq, yenə də o keçən günləri xatırlayır və onları bu günə salanları lənətləyirlər. Bu zaman atışma baş verir və bir səs eşidilir: “Atan kazaklardır”. Bunu qeyd etməkdə məqsədimiz odur ki, min illər boyu bir yerdə yaşayan xalqı bir-birinə düşmən edən kənar qüvvələr var və bundan ehtiyatlı olmaq lazımdır.

Ermənilərin kürdlərə dəstək verməkliyi
facebook
Ermənilərin kürdlərə dəstək verməkliyi

Mürtəza Bünyadlı 

Bloq yazarları ilə redaksiyanın fikirləri üst-üstə düşməyə bilər.

Müəlliflərin fikirlərinə görə, redaksiya məsuliyyət daşımır. 

 

Teqlər:
Ermənilərin PKK-ya dəstək verməsi, PKK, Mürtəza Bünyadlı

Əsas mövzular