21:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
BLOQLAR

"Qüds günü" Azərbaycanı dost ölkələrlə düşmən etmək üçün keçirilib

BLOQLAR
Qısa URL
19921

Vasif Əfəndi: Bizə dost olmayan qüvvələr tərəfindən yönləndirilən bu insanlar, sifarişini yerinə yetirdiyi dövlətlərin maraqlarına uyğun hərəkət edərək dost ölkələrlə aramızı vurmağa çalışırlar.

BAKI, 13 iyul — Sputnik. Bir qrup xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşları "Qüds günü" adını bəhanə edərək İsrail, ABŞ və Britaniya bayraqlarını atəşə veriblər. İsrail dövlətinin Azərbaycanla dost ölkə olması faktdır və bu münasibətlərin dərin kökləri var. Qarabağ münaqişəsi  yaranandan İsrail hər zaman Azərbaycana siyasi və hərbi dəstək verən dövlətlər sırasında olub. 

Politoloq Vasif Əfəndi bu fikirləri özünün facebook səhifəsində bölüşüb. O qeyd edib ki, bizə dost olmayan qüvvələr tərəfindən  yönləndirilən bu insanlar,  sifarişini yerinə yetirdiyi dövlətlərin maraqlarına uyğun hərəkət edərək  dost ölkələrlə aramızı vurmağa çalışırlar.

Васиф Эфенди
facebook (Vasif Efendi)
Vasif Əfəndi

"İslam Partiyası fəallarının bu tədbirlərin keçirilməsində xüsusi fəallıq etməsi Azərbaycan və İslam adına yaraşmayan hərəkətlərdir. Fələstinlə bağlı gəlişmələr beynəlxalq  təşkilatların diqqətindədir və problemin həll olunması istiqamətində gərəkli addımlar atılır.Azərbaycanın özünün Qarabağ boyda problemi olduğu halda ABŞ, Böyük Britaniya və İsraillə münasibətləri korlaya biləcək çağırışlar etməsi yalnız provokativ xarakter daşıyır. "Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələrdə də qeyd olunur. Lakin bu cahillər burunlarının ucunda Qarabağ, Zəngəzur, Dərbənd,Borçalı və İran  əsarətində olan  soydaşlarımızın günlərini qeyd etməyi düşünmürlər." — deyə politoloq bildirib. 

Teqlər:
Qüds Günü, Vasif Əfəndi, İsrail, Bakı, Azərbaycan

Əsas mövzular