16:05 22 Yanvar 2017
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

Erməni idmançıya azərbaycanlı həkimlər tibbi yardım göstəriblər

sputnik.az/Pəri Abbaslı
BAKU 2015
Qısa URL
29 0 0

Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur və o, sağ-salamat vətəninə qayıdıb.

BAKI, 23 iyun — Sputnik. I Avropa Oyunları çərçivəsində Azərbaycanda zədə almış erməni idmançı xəstəxanaya aparılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, iyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4-0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: “Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır və indi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb.”

Azərbaycanlı həkimlərin Balasanyanı müayinə etməsinə münasibət bildirən Qilayan vurğulayb ki, ciddi müalicəyə ehtiyac olmayıb: “İdmançımız tibb mərkəzində 2-3 saat saxlanıldı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi.”


Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    66
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2486