23:02 29 May 2017
Canlı yayım
Хетаг Газюмов

Onuncu qızıl medal Xetaq Qazyumovdan gəldi

BAKU 2015
Qısa URL
8601

Avropa və dünya çempionu Xetaq Qazyumov finalda gürcüstanlı həmkarı Elizbar Odikadzeyə qalib gələrək Azərbaycan yığmasına I Avropa Oyunlarında sayca 10-cu qızıl medalı qazandırıb.

Bakı, 17 iyun — Sputnik. Avropa və dünya çempionu Xetaq Qazyumov finalda gürcüstanlı həmkarı Elizbar Odikadzeyə qalib gələrək Azərbaycan yığmasına I Avropa Oyunlarında sayca 10-cu qızıl medalı qazandırıb. Həlledici yarışda Qazyumov 3:1 hesabı ilə qalib gəlib.
Bu, yığmamızın 10-cu qızıl, ümumilikdə isə 22-ci medalı olub.

Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib — 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla güləşib və yenə də inamlı qələbə qazanıb — 4:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legioner bu rəqibinə də yerini göstərib — 2:1.

Qazyumov yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. Ötən il dünya və Avropa çempionatının finalında uduzduğu rəqibindən bu dəfə revanş alıb.

Sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.  

Əsas mövzular