03:02 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
BAKU 2015
Qısa URL
44011

Onların 1/4 finalda məğlub etdikləri güləşçilər - Marsel Evat (Almaniya) və İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda keçirilən Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.

Kişilər arasında sərbəst güləş üzrə görüşdə iki idmançı yarışdan kənarlaşdırılıb. 57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.

  • Gürcü və belarus güləşçilərin görüşündə dava
    Gürcü və belarus güləşçilərin görüşündə dava
    sputnik.az
  • Gürcü və belarus güləşçilərin görüşündə dava
    Gürcü və belarus güləşçilərin görüşündə dava
    sputnik.az
  • Gürcü və belarus güləşçilərin görüşündə dava
    Gürcü və belarus güləşçilərin görüşündə dava
    sputnik.az
1 / 3
sputnik.az
Gürcü və belarus güləşçilərin görüşündə dava

Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb.

Hakimlərin qərarına əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və onların 1/4 finalda məğlub etdikləri güləşçilər  - Marsel Evat (Almaniya) və İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.

Bu görüşdə qalib gələn idmançı rusiyalı Lebedevlə qızıl medal uğrunda üz-üzə gələcək.

Əsas mövzular