BAKI, 13 iyun — Sputnik. İlk Avropa Oyunlarında 67 kq çəki dərəcəsində 27 yaşlı karateçimiz Niyazi Əliyev 22 yaşlı almaniyalı Rikardo Gieglerə 3-1 hesabı ilə qalib gələrək Azərbaycana ikinci bürünc medalı qazandırıb.
Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.
O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş Əliyevin məğlubiyyəti ilə yekunlaşıb — 1:4.