16:13 22 Yanvar 2017
Canlı yayım
Firdovsi Fərzəliyev

İlk qızıl medal!

BAKU 2015
Qısa URL
24110

Avropa oyunlarında ilk qızıl medalı Azərbaycana Firdovsi Fərzəliyev gətirdi.

BAKI, 13 iyun — Sputnik. Avropa oyunlarında ilk qızıl medalı Azərbaycana Firdovsi Fərzəliyev gətirdi. 

60 kq çəkidə döyüşən karateçimiz italyan Luka Mareskaya 4:0 hesabı ilə qalib gəlib. 

Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib — 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

  • Firdovsi Fərzəliyev
    Firdovsi Fərzəliyev
  • Firdovsi Fərzəliyev
    Firdovsi Fərzəliyev
  • Firdovsi Fərzəliyev
    Firdovsi Fərzəliyev
1 / 3
Firdovsi Fərzəliyev

 

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    67
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2494