21:54 19 Noyabr 2017
Canlı yayım
Məşəl Göyçay

Avropa Oyunlarının məşəli Göyçaya gətirilib

© AZƏRTAC
BAKU 2015
Qısa URL
1201

Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.

BAKI, 22 may — Sputnik. Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.

Mehdi Hüseynzadə küçəsində quraşdırılan Bakı-2015 Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib.

Sonra yürüşə start verilib. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar Məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb.

Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırıb.

Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.

Əlaqədar

Birinci Avropa Oyunlarının məşəli Ucarda alovlandırıldı
Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul edib
Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib
“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlanıb

Əsas mövzular