14:14 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
11 0 0

Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyurlar.

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.

Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, seminarlarda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyublar.

Çıxış edənlər zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksək olmasından danışıblar. Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə daim ciddi önəm verdiyi vurğulanıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb və mənəvi-psixoloji hazırlıq mövzusunda kitabçalar tədbir iştirakçılarına təqdim olunub.

Əsas mövzular