CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident Paralimpiadada növbəti medal qazanan idmançıları təbrik edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
Mehriban Əliyeva: Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram.
BAKI, 29 avgust — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl və bürünc medallar qazandıran idmançılarımızı təbrik edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:
“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.
Həmçinin oxuyun:
Azərbaycan Tokio Paralimpiadasında 9-cu qızıl medalını qazanıb
Xəbər lenti
0