SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənovun müavini Moskvaya gedib

© Photo : AZƏRTACGeneral-leytenant Nizam Osmanov
General-leytenant Nizam Osmanov - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Nizam Osmanov "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.
BAKI, 23 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak edir.
Xəbər lenti
0