02:43 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
35 0 0

Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hesab olunan Goranboyun Qarasuçu kənd sakini, Elməddin Sərdar oğlu Həsrətov bu gün torpağa tapşırıldı.

 

BAKI, 27 iyun — Sputnik. Ermənilərin atdığı mərmilər, istifadəsi qadağan edilmiş raketlər həm Birinci, həm də ikinci Qarabağ müharibəsində Goranboyun yaşayış məntəqlərinə ziyan vurdu, dinc sakinləri yaraladı, hətta bir neçəsinin ölümünə səbəb oldu.
Bu rayonda güllə səsləri altında doğulan, böyüyən, təhsil alan uşaqlar yaşları artdıqca işğalda olan torpaqları azad edəcəklərinə söz verirdilər. Zaman yetişdi, 27 sentyabr 2020-ci ildə düşmənin hücumunun qarşısını almaq üçün Azərbaycan Ordusu döyüşə başladı. Goranboyun Qarasuçu kənd sakini Elməddin Həsrətov da 44 günlük Vətən müharibəsinin ilk günlərindən MAXE (müddətdən artıq xidmət edən) olaraq döyüşlərə qatılmış, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdi.

  • Şəhid Elməddin Həsrətovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Elməddin Həsrətovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Elməddin Həsrətovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Şəhid Elməddin Həsrətovun dəfn mərasimi

Sputnik Azərbaycan-ın məlumatına görə, 1997-ci il mayın 21-də doğulan Elməddin Həsrətov uşaq yaşlarından hərbiyə həvəsli olub. Hərbi xidmətini bitirdikdən sonra yenidən ordu sıralarına qayıdaraq MAXE kimi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günlərində doğmaları ilə danışaraq,qalib əsgər kimi geri dönəcəyinə söz versə də, oktyabr ayından ondan xəbər tutmaq mümkün olmur. 24 yaşı tamam olduqdan 36 gün sonra onun şəhadətə yüksəldiyi məlum olur. Şəhid doğulduğu Goranboy rayonun Qarasuçu kəndində torpağa tapşırılıb.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Eləcə də oxuyun:

  • İyunun 26-da Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

  • Şəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək

  • Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı

Əsas mövzular