11:05 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
AZƏRBAYCAN
Qısa URL
496 0 0

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib

BAKI, 26 iyun — Sputnik. İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin ediliblər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Əlaqədar

Azərbaycan ordusunun formalaşmasının tarixi aspektləri
Azərbaycan və Türkiyə ordularından möhtəşəm addım
Azərbaycan Ordusunun 23 min əsgəri hazır vəziyyətə gətirilib
Azərbaycan ordusu həyəcan siqnalı ilə qaldırıldı
Teqlər:
Azəbaycan, Azərbaycan Xalq Cümhuriyyəti, Heydər Əliyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Süleyman Sulkeviç, "Qafqaz İslam Ordusu", Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Əsas mövzular