01:22 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
1566

Aİ xarici siyasət xidmətinin rəsmi təmsilçisi Peter Stano: "Aİ sərhədlərin delimitasiyası və demarkasiyasında mütəxəssis dəstəyi və yardım göstərməyə, qarşılıqlı etimadın möhkəmnləndirilməsi istiqamətində səyləri dəstəkləməyə hazırdır".

BAKI, 28 may - Sputnik. Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhəddində bAaş verən insidentlə əlaqədar olaraq nizamlama ilə bağlı köməyini təklif edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Aİ xarici siyasət xidmətinin rəsmi təmsilçisi Peter Stanonun açıqlamasında deyilir. 

"Son günlər Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən hadisələr təhlükəlidir və həyəcan vericidir. Avropa İttifaqı hər iki tərəfi hər hansı hərbi yerləşdirmə və ya əməliyyatdan çəkinməyə çağırır. Bütün qüvvələr 12 maydan əvvəl tutduqları mövqelərə çəkilməli, hər iki tərəf sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda iştirak etməlidir", - deyə Stano bildirib. 

O həmçinin qeyd edib ki, Aİ sərhədlərin delimitasiyası və demarkasiyasında mütəxəssis dəstəyi və yardım göstərməyə, qarşılıqlı etimadın möhkəmnləndirilməsi istiqamətində səyləri dəstəkləməyə hazırdır.

Naxçıvana hücum

Xatırladaq ki, mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

"Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq", - MN-in bəyanatında deyilir.

Həmçinin oxuyun: 

* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı

Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir

* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN

* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

Əsas mövzular