"Dövlət sərhədi haqqında" qanuna dəyişiklik edillib

© AFP 2023 / NIKOLAY DOYCHINOVГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Qanun layihəsi balıqçıların rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulur. Əvvəllər qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

BAKI, 21 may — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, deputat Arzu Nağıyev bildirib ki, qanun layihəsi balıqçıların rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulur: "Dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçikhəcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək. Əvvəllər qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi".

"Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır"-deyə o qeyd edib.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0