Azərbaycanda Ramazan ayı başlayıb

© AFP 2023 / SAID KHATIBЛуна в форме полумесяца, фото из архива
Луна в форме полумесяца, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir. 

BAKI, 14 aprel - Sputnik. Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. 

Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il Ramazan ayının başlaması aprelin 14-ə təsadüf edir. Niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür. 

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir. 

Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Xəbər lenti
0