15:41 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
AZƏRBAYCAN
Qısa URL
14 0 0

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin yaxınları üçün təsəlli onların öz canlarını Vətən uğrunda qurban vermələridir

 

BAKI, 12 aprel — Sputnik. "Əziz hərbçilər, bu gün Sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir".

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, bu mükafatların adlarını da özü verib: "Vətən müharibəsi Qəhrəmanı Ulduzu, "Zəfər" və "Qarabağ" ordenləri yeni təsis edilmiş yüksək hərbi mükafatlardır".

Daha sonra Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin yaxınları üçün təsəlli onların öz canlarını Vətən uğrunda qurban vermələridir: "Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq".

Əsas mövzular