QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Ermənistan mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir"

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan, 1920, 05.04.2021
Abunə olmaq
Beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur.

BAKI, 5 aprel — Sputnik. Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur: "Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0