CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkələri dolaşıb BMT önündə aksiya keçirən azərbaycanlı: "Ayda bir dəfə lazımdır" - FOTO

© © Courtesy of Aga MehtiAğa Mehdi
Ağa Mehdi - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
"Rusiyada çox xoş qarşılandım. Əhalisi mehriban idi, mənimlə maraqlanırdılar. Rusiyada sürücülərin piyadalara qarşı çox diqqətli və nəzakətli olması diqqətimdən qaçmadı" - Ağa Mehdi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Səyahətçilər arasında dünyanı addım-addım gəzərək kəşf edənlər də var. Onların sayəhətləri digərləri ilə müqayisədə daha çətin, daha macəralı olur. Belə səyahətçilərin əksəriyyəti ekoloji sağlamlığa töhfə vermək və bunu təbliğ edərək bir həyat tərzinə çevirmək üçün belə addım atır. 

Bir neçə ay öncə azərbaycanlı aktivistlərdən biri olan Ağa Mehdi də belə bir trendə başladı. Onun 11 ölkəyə səfəri isə 72 gün davam edib. Sputnik Azərbaycan Ağa Mehdidən səfər təəssüratlarını öyrəndi:

- Necə keçdi?

- Səfərimə noyabrın 29-da Estoniyanın Tallinn şəhərindən başladım. Hava çox yağışlı, soyuq idi. Axşama doğru qar yağmışdı. Bu səbəbdən də səfərimin ilk günü mənim üçün ağır oldu. Əşyalarımın çox olması da mənə problem yaratmışdı. Riqaya qədər baqajım təxminən 20 kiloqrama yaxın idi. Bu səbəbdən də onun bir hissəsini haradasa qoymalı oldum. Estoniyadan Latviyaya, Latviyadan isə Litvaya səfər etdim. Oradan isə Rusiyanın ərazisi olan Kalininqrada daxil oldum. Sonrakı marşrutum isə Polşa, Almaniya, İsveçrə, Fransa, İspaniyaya oldu. Fevralın 8-də marşrutum İspaniyanın Valensiya şəhərində başa çatdı. Səfər zamanı həm piyada olmuşam, həm də velosiped sürmüşəm.

© © Courtesy of Aga MehtiSəyahətçi Ağa Mehdi
Ölkələri dolaşıb BMT önündə aksiya keçirən azərbaycanlı: Ayda bir dəfə lazımdır - FOTO - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Səyahətçi Ağa Mehdi

- Hansı problemlərlə qarşılaşdınız?

- Geyimlər məni qane etmədi. Bu isə mənim işimin ümumi gedişatına mənfi təsir etdi. Geyimlər məşhur brenddən olsa da, keyfiyyət məsələsində məşhur adlar özünü doğrultmadı. Ayaqqabılarım belə məni yarı yolda buraxdı. Aldığım, xüsusi qalın corablar da keyfiyyətsiz çıxdı. Kifayət qədər zaman olmadığından məhsulları test edə bilmədim. Səfərə çıxmazdan öncə hesablanılan xərclər səfər zamanı qarşılaşdığım xərclərlə müqayisədə çox az idi. Bəzən kiçik bir əşyanın itməsi, yaxud da yararsız vəziyyətə düşməsi də buna səbəb olurdu. Bu, diş fırçası da ola bilərdi. Kalininqradda eynəyimi haradasa unutğumdan onu itirməyim mənə baha başa gəldi. Çünki mən uzaq məsafəni çətinliklə seçirəm. Qaranlıqda, dumanda gəzəndə eynəksiz çox çətin oldu. Kalininqraddan İspaniyayadək, yəni səfərimi başa vuranadək eynəksiz qaldım. Elə gün olurdu ki, xərclərim çox çıxırdı. Xərclərim çox olanda nisbətən az yeyirdim. Elə olurdu ki, gün ərzində ancaq tək çörəklə kifayətlənməli olurdum. Bəzən olurdu ki, pulum cibimdə qalırdı, getdiyim ölkələrdə yaşayan azərbaycanlılar məni öz evlərinə dəvət edirdilər.

- Hansı ölkə sizin üçün yaddaqalan oldu?

- Rusiyada çox xoş qarşılandım. Əhalisi mehriban idi, mənimlə maraqlanırdılar. Rusiyada sürücülərin piyadalara qarşı çox diqqətli və nəzakətli olması diqqətimdən qaçmadı. Lakin burada sahibsiz itlərin olması, onların üzərimə hücum etməsi müəyyən qədər diqqətimi yayındırırdı. Xoşbəxtlikdən, velosipedlə idim. Ümumiyyətlə, Rusiya səfərim mənim üçün xoş təəssüratla dolu oldu. Kalininqradda olarkən İmmanuel Kantın məzarını ziyarət etdim. Orada olarkən İkinci Dünya Müharibəsi qəhrəmanlarının, o cümlədən Cəbiyev Mirzə Ağaməmməd oğlunun şərəfinə ucaldılan abidəni ziyarət etdim. Orada qeyd olunurdu ki, qəhrəman müharibədə xüsusi fərqlənənlərdən biri olub.

© © Courtesy of Aga Mehti
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto - Sputnik Azərbaycan
1/3
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto
© © Courtesy of Aga Mehti
Səyahətçi Ağa Mehdi - Sputnik Azərbaycan
2/3
Səyahətçi Ağa Mehdi
© © Courtesy of Aga Mehti
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto - Sputnik Azərbaycan
3/3
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto
1/3
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto
2/3
Səyahətçi Ağa Mehdi
3/3
Səyahətçi Ağa Mehdinin çəkdiyi foto

- Hər gün təxminən neçə saatınızı yol getməyə ayırmışdınız?

- Səfərdə olduğum çərçivədə günün 7 saatını yol gedir, daha sonrakı vaxtımı isə dincəlmək, yatmaq, işimi görərək pul qazanmaqla keçirir, bunun üçün Rusiya və Almaniya ilə əlaqə saxlayırdım.

- Hər halda bu cür çətin səfər gözlənilməz hadisələrsiz də ötüşməz?!

- Gecə idi, Almaniyada meşədə qalmışdım. Hündürlükdə idim, düşə bilmirdim. Bir tərəfim uçurum idi, necə oldusa, yıxıldım, xoşbəxtlikdən, uçurum olmayan tərəfə yıxıldım. Özümü müdafiə məqsədi ilə ehtiyat tədbiri kimi cibimə balaca bir balta qoyurdum. Bir dəfə də gecə vaxtı qarşıma çıxan maneəyə çırpıldım, velosipedlə idim, yaxşı ki, cibimdəki balta mənə xəsarət verməmişdi.

- İsveçrədə məktəblərdə şagirdlərlə görüşmüsünüz. Bir az bu haqda da danışardınız.

- İsveçrədə uşaqların qarşısında bir neçə saat dərs deyib onlarla müəyyən fikirlərimi bölüşdüm. O uşaqlar indi də mənimlə əlaqə saxlayır, harada yatdınız, necə gecələdiniz deyə soruşurlar.

© © Courtesy of Aga MehtiSəyahətçi Ağa Mehdi
Ölkələri dolaşıb BMT önündə aksiya keçirən azərbaycanlı: Ayda bir dəfə lazımdır - FOTO - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Səyahətçi Ağa Mehdi

- Səfərinizin əsas məqsədi ekoloji sağlamlıq naminə müəyyən töhfələr vermək idi?

- Ekoloji sağlamlıq naminə BMT-nin Cenevrədəki ofisini qarşısında keçirilən aksiyaya qoşuldum. Bundan başqa, Almaniyada da etiraz aksiyalarından birində iştirak etmişdim. "Fridays for Future" adlanan bu aksiya ətraf mühitin çirklənməsinə qarşı təşkil olunan aksiya idi. Bu cür aksiyalarla onlar həm də ətrafdakıları məlumatlandırır, maarifləndirirlər. Yaxşı olardı ki, hər kəs ayda bir dəfə maşınsız həyata üstünlük verə, ya piyada gəzə, ya da ki, velosipedlə gəzə. Ən azı yolun müəyyən hissəsini velosiped sürərək işə getmək, daha sonra onu haradasa park etmək olar. Təbii ki, bunun üçün parklanma yerləri olmalıdır. Bir neçə ayda müxtəlif ölkələrdə oldum, onların coğrafi mühitləri velosiped üçün uyğun olmasa da, həmin ölkələrdə velosiped yolları vardı. Bu səbəbdən düşünürəm ki, bizdə də velosiped yollarını salmaq mümkündür.

Qeyd edək ki, 72 gün davam edən səyahət çərçivəsində Ağa Mehdi Estoniya, Rusiya, Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa, İspaniya və Portuqaliyada piyada, yaxud da velospiedlə gəzərək ekoloji sağlamlıq naminə aksiya keçirib.

Xəbər lenti
0