12:39 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
AZƏRBAYCAN
Qısa URL
1256 0 0

İlham Əliyev: “Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik@.

BAKI, 17 mart - Sputnik. “Düşmən nə günə salıb Şuşanı”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri dünən Şuşa şəhərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bulaqları da bərpa edəcəyik. 30 il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar” - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, artıq məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib:

“İlkin araşdırmalara başlanılıb, yaxın gələcəkdə layihə təqdim ediləcək”.

Prezident həmçinin Vaqifin məqbərəsinin əvvəlki görkəminin bərpa ediləcəyini deyib.

Dövlət başçısı bildirib: “Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək”

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instaqram səhifəsində paylaşıb.

Əsas mövzular