CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi

© Photo : Milli MajlisMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Sputnik Azərbaycanın məlumatına görə, plenar iclasın gündəliyinə 2 məsələ daxil edilib.

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

-Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxılacaq.

Qeyd edək ki, bundan öncə iclasın gündəliyinə yalnız bir məsələ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı daxil edilmişdi.

Xəbər lenti
0