05:32 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
AZƏRBAYCAN
Qısa URL
13 0 0

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcə

BAKI, 26 fevral — Sputnik. "Erməni tərəfi baş nazirin simasında Prezident Putinin sözlərinə qulaq asmırdı. O özü də bunu mənə şəxsən deyib. Müharibə dövründə dəfələrlə təmasda olmuşuq. Təbii ki, Ermənistanın baş naziri ilə bizim birbaşa təmasımız yox idi və yoxdur. Lakin Prezident Putinin vasitəsilə biz bir-birimizə müxtəlif mesajlar ötürürdük və onun sözlərinə baş nazir qulaq asmırdı və beləliklə vəziyyəti elə pisləşdirdi ki, kapitulyasiya aktını hansısa qaranlıq otaqda imzalamalı oldu".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Bizim siyasətimiz birmənalıdır. Biz sülhə köklənmişik. Bizə müharibə lazım deyildi, bu məcburi tədbir idi və bu tədbir illərdir sürən, 30 ildir sürən danışıqlardan daha effektiv oldu", - dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək: "Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır".

Əsas mövzular