02:29 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
AZƏRBAYCAN
Qısa URL
45 0 0

Ötən ilin dekabrında həmyerlimiz Canel İlham qızı Nəcəflinin də sənədləri 2020-ci il nominasiyasında iştirak üçün təqdimata yollanıb. Sənədlər onun Çexiyadakı müəllimi Roman Fedçuk və təhsil aldığı Konservatoriyanın rektoru Miroslav Breyxa tərəfindən hazırlanıb.

BAKI, 15 fevral — Sputnik. Çexiyada "Orfeus" adlı mükafata layiq görülən, incəsənət sahəsində mühüm rol oynayan yerli tələbələrə ilin adamı adı verilir.

Sputnik Azərbaycan xəbər verir ki, illərdir bu ənənə yerli əhali arasında mötəbər yarışlardan sayılır və indiyədək bu ad yalnız çexlərə verilib.

Ötən ilin dekabrında həmyerlimiz Canel İlham qızı Nəcəflinin də sənədləri 2020-ci il nominasiyasında iştirak üçün təqdimata yollanıb. Sənədlər onun Çexiyadakı müəllimi Roman Fedçuk və təhsil aldığı Konservatoriyanın rektoru Miroslav Breyxa tərəfindən hazırlanıb.

Qeyd etdiyimiz kimi, Çexiya tarixində ilk dəfə idi ki, bu nominasiyada xarici tələbənin də namizədliyi irəli sürülürdü.

Hazırda Canel Azərbaycandadır və təhsilini onlayn qaydada davam etdirir. Mükafatın rəsmi təqdimatı pandemiyanın Çexiyada yaratdığı kəskin fəsadların aradan qaldırılmasından, yerli İcra Hakimiyyəti orqanı ilə razılaşdırmadan sonra həyata keçiriləcək.

Qeyd edək ki, Canel Nəcəfli 24 mart 2002-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ilin sentyabrından, yəni 2 yaşından 5 yaşa kimi mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı "Aysel" teatrının üzvü olub. Oqtay Zülfüqarov onun adına mahnı da bəstələyib, "Caneldir adım" mahnısını 4 yaşı olarkən özü ifa edib. 2008-ci ilin sentyabrında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 1-ci sinfinə (skripka üzrə) daxil olub. 3-6-cı siniflərdə Xalq artisti, bəstəkar Arif Məlikovun tələbəsi Ayaz Qəmbərlinin fakultativ məşğələləri olan bəstəkarlıq sinfinə qatılıb. 4 əsəri var. 2012-ci ildə Bülbül adına məktəbin təşkil etdiyi və Arif Qəmbərlinin də iştirakı ilə baş tutan konsertdə öz əsəri ilə çıxış edib. 7 dəfə (2 respublika və 5 beynəlxalq) müsabiqələrdə I yerin qalibi olub.

Həmçinin bir sıra beynəlxalq müsabiqə və festivalların qalibidir.

Teqlər:
tələbə, azərbaycanlı, Azərbaycan, Çexiya

Əsas mövzular