Hərbi Dəniz Qüvvələrində hərəkətlilik - dərslər başlayır

© AR Ministry of DefenceHDQ-də tədbirlər keçirilir
HDQ-də tədbirlər keçirilir - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Yeni tədris ilində əsas diqqət Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının artırılmasına yönəldiləcək.

BAKI, 11 fevral — Sputnik. Azərbaycan Ordusunda yeni tədris ilinin başlanması ilə əlaqədar Hərbi Dəniz Qüvvələrinin (HDQ) birləşmə, hərbi hissə və idarəetmə orqanlarında müvafiq tədbirlər keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yeni tədris ilində HDQ qarşısında qoyulan tapşırıqlar öyrənilir və onların icrası ilə bağlı hərbi hissə komandirlərinə müvafiq göstərişlər verilib.

HDQ-nin bütün hərbi hissələrində şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-texniki və tədris bazası, həmçinin şəxsi heyətin təchizatı yoxlanılır.

Yeni tədris ilində əsas diqqət Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının, gəmi qruplarının, hissə və bölmələrin qarşılıqlı fəaliyyətinin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, gəmi heyətlərinin döyüş hazırlığı səviyyəsinin artırılması və döyüş növbətçiliyinin daha keyfiyyətli təşkilinə yönəldiləcək.

HDQ-nin sərəncamında olan döyüş gəmiləri, katerlər, müasir silah və digər döyüş vasitələrinin öyrənilməsi üzrə gəmi heyətləri ilə nəzəri və praktiki dərslər keçirilir. Hərbi dənizçilərin sağlamlığına xüsusi diqqət göstərilir.

Xəbər lenti
0