Hirkanda açıq qapı: Xanbulan gölünə açılan unikal mənzərələri seyr etdilər

© Sputnik / Rahim MuradovHirkanda açıq qapı
Hirkanda açıq qapı - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca Hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olublar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Hirkan Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda “açıq qapı” günü keçirilib. Bu səbəbdən milli parka gəlmək istəyən ziyarətçilər üçün pulsuz giriş təşkil edilib.

Hirkan Milli Parkının baş elmi işçisi Həbib Rəhimovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca Hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olublar: 

© Sputnik / Rahim Muradov
Hirkan Milli Parkında açıq qapı günü - Sputnik Azərbaycan
1/4
Hirkan Milli Parkında açıq qapı günü
© Sputnik / Rahim Muradov
Hirkan Milli Parkında açıq qapı günü - Sputnik Azərbaycan
2/4
Hirkan Milli Parkında açıq qapı günü
© Sputnik / Rahim Muradov
Hirkan Milli Parkında açıq qapı günü - Sputnik Azərbaycan
3/4
Hirkan Milli Parkında açıq qapı günü
© Sputnik / Rahim Muradov
Hirkan Milli Parkında açıq qapı günü - Sputnik Azərbaycan
4/4
Hirkan Milli Parkında açıq qapı günü
1/4
Hirkan Milli Parkında açıq qapı günü
2/4
Hirkan Milli Parkında açıq qapı günü
3/4
Hirkan Milli Parkında açıq qapı günü
4/4
Hirkan Milli Parkında açıq qapı günü
“Ziyarətçilər Xanbulan gölünə açılan unikal mənzərəni seyr ediblər. Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 9 fevral 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin 81 saylı sərəncamı ilə yaradılıb. Dünyada baş verən ekoloji böhranı nəzərə alaraq ölkə başçısı 2008-ci ildə Hirkan Milli Parkının ərazisinin 2 dəfə artırılaraq 40358 hektara çatdırılmasına dair sərəncam verib”.

Məlumat üçün bildirək ki, Hirkan Milli Parkı əvvəllər Hirkan Dövlət Təbiət Qoruğu kimi fəaliyyət göstərib. Hirkan Qoruğu isə 8 dekabr 1936-cı ildə Lənkəran Qoruğu adı ilə yaradılıb və 886 hektar ərazini əhatə edib.

Xəbər lenti
0