12:54 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
AZƏRBAYCAN
Qısa URL
5310

Bir neçə saat sonra qardaş ölkənin hədiyyəsi Bakıya çatacaq. Təyyarənin yükü minatəmizləyən maşınlardır.

BAKI, 4 fevral - Sputnik. Türkiyə Azərbaycana daha bir gözəl jest edib - 20 ədəd minatəmizləyən maşın göndərib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabından məlumat paylaşılıb. 

​"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən, milli imkanlarla istehsal olunan 20 ədəd MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk partiya Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir",  - məlumatda deyilir. 

Qeyd edək ki, iki gün öncə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib.

Teqlər:
maşın, mina, hədiyyə, Müdafiə Nazirliyi, Azərbaycan, Türkiyә

Əsas mövzular

  • Rusiya ilə sərhəd

    Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

    11
  • Rejissor Eldar Quliyev

    Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

    548
  • Direktor, arxiv şəkli

    Ekspertin fikrincə, bəzi məmurlar məktəb rəhbərlərinin kim olmasına qəsdən göz yumurlar. Belə olan halda isə keyfiyyətdən danışmaq mümkün deyil.

    1260