CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“AzerGold” büdcəyə nə qədər vəsait ödəyib?

© AFP 2023 / ALAIN JOCARDЗолотые слитки, фото из архива
Золотые слитки, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
2020-ci ildə "AzerGold" QSC tərəfindən istehsal olunan külçə və sikkələrin pərakəndə satışı uğurla davam etdirilib.

BAKI, 2 fevral — Sputnik. 2020-ci ildə "AzerGold" QSC dövlət büdcəsinə 12,9 milyon manat vəsait ödəyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

QSC sədri qeyd edib ki, bu vəsaitin 10,7 milyon manatı vergi, 2,2 milyon manatdan çoxu Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib: "2019-cu ildə bu məbləğ 12,2 milyon manat olub. 2020-ci ildə büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 milyon manat, yəni 6 faiz artıb. Ümumilikdə, QSC-nin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib. Keçən il, həmçinin QSC-nin nizamnamə kapitalı 50 milyon manat artırılaraq 62 milyon manata çatdırılıb".

O bildirib ki, 2020-ci ildə "AzerGold" QSC tərəfindən istehsal olunan külçə və sikkələrin pərakəndə satışı uğurla davam etdirilib: "Belə ki, ötən il ümumi dəyəri 1,6 milyon manat olan 1275 ədəd məhsulun satışı həyata keçirilib. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə 2019-cu illə müqayisədə 80 faiz daha çox məhsul satılıb, əldə edilən vəsait 84 faiz artıb".

Xəbər lenti
0