01:12 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
AZƏRBAYCAN
Qısa URL
15701

Prezident Administrasiyası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.

BAKI, 30 yanvar - Sputnik. Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

Fərmanla “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilib.

Prezident Administrasiyasına tapşırılıb ki, Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etsin və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparsın.

Prezident Administrasiyası Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.

Əsas mövzular