23:41 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
AZƏRBAYCAN
Qısa URL
1302 0 0

Qarabağdakı Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər də artıq ölkəmizdədirlər.

BAKI, 30 yanvar — Sputnik. "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər artıq ölkəmizdədir", – deyə polkovnik V.Dərgahlı bildirib.

Əsas mövzular